Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərə göstərdiyi diqqət dövlət siyasətinin mənəvi əsaslarını əks etdirir ŞƏRH
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 25 dekabr, Səbinə Əlizadə, AZƏRTAC
Prezident İlham Əliyevin öz doğum günlərini keçmiş məcburi köçkünlərlə birgə keçirməsi artıq formalaşmış ənənəyə çevrilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, dövlət başçısı hələ torpaqlarımız işğaldan azad olunmamış dövrdə belə ad günlərini məcburi köçkünlərlə birgə keçirib, onlara daim xüsusi diqqət və qayğı göstərib. “Bu gün də Prezident İlham Əliyev həmin siyasəti ardıcıl şəkildə davam etdirir. Öz doğum günündə Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Xankəndi və Ağdama səfər edərək yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etməsi bunun bariz nümunəsidir”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, bu addımlar dövlətin keçmiş məcburi köçkünlərlə, şəhid ailələrinə olan yüksək ehtiramının, diqqət və qayğısının açıq göstəricisidir. “Bu gün dövlətimiz bu qayğını nümayiş etdirir və gələcəkdə də bu siyasət ardıcıl şəkildə davam etdiriləcək. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, görülən işlərlə şəxsən tanış olur, proseslərə birbaşa nəzarət edir. Bu da xalq tərəfindən yüksək qiymətləndirilir”, – deyə Ceyhun Məmmədov bildirib.
Deputat əlavə edib ki, Prezidentin bu addımları milli-mənəvi dəyərlərə, tarixi ənənələrə, dini-mənəvi irsə və xalqına sədaqətin bariz nümunəsidir. “Məhz bu siyasət nəticəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, həyat yenidən canlanır. Bu, dövlət başçısının Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə verdiyi xüsusi önəmin açıq göstəricisidir”, – deyə Milli Məclisin deputatı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 25 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















