Prezident məni pərt etmədi
Icma.az, News24 portalına istinadən məlumat yayır.
“Savadımın da, yaşımın da, cəmiyyətdə tutduğum mövqeyin də yetişmiş bir vaxtında başqaları üçün elə bir addım atdım ki - Prezidentə müraciət etdim. Həmin an o qədər həyəcanlı idim ki, cəmi bir neçə günə xeyli çəki atdım”.
News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın müəllifi olduğu "Qaranlıqda həqiqət" verilişinin qonağı olan Azərbaycanın xalq artisti Afaq Bəşirqızı səsləndirib.
Afaq Bəşirqızı həmin müraciətin nəticəsindən də danışıb:
“Bu söhbətin üstündən bir az keçmişdi, Oqtay gəlib dedi ki, "Afaq xanım, akademik verdilər, maaşları da 50% artırdılar".
Mən o 50%-i eşidəndə sevincimdən huşumu itirirdim".
Xalq artisti görüş zamanı Prezidentin ona göstərdiyi anlayışdan da bəhs edib:
“Orada icazəsiz, protokolsuz danışmağa icazə yoxdur. Amma cənab Prezident məni pərt etmədi. Çünki o bilirdi ki, mən dediklərimi, istədiklərimi özüm üçün istəməmişdim”.
Ətraflı videoda:
Günel Məlikzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 İyun 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















