Icma.az
close
up
RU
Prezidentin hava olarkən geriyə dönməsi göstərdi ki, vətəndaşlarının taleyi çox önəm kəsb edir

Prezidentin hava olarkən geriyə dönməsi göstərdi ki, vətəndaşlarının taleyi çox önəm kəsb edir

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Məlum olduğu kimi, Bakı-Qrozno reysi ilə hərəkət edən “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau şəhərində qəza enişi edərək böyük faciəyə gətirib çıxardı və Azərbaycan xalqı matəm içindədir. Hadisə Qazaxıstan ərazisində baş verdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət işi başlanıb və eyni zamanda Azərbaycanda da bununla bağlı cinayət işi başlanıb. Çünki həmin hava gəmisi "Azərbaycan Hava Yolları"na məxsusdur və orada 26 Azərbaycan vətəndaşının dünyasını dəyişməsi ilə bağlı məlumatlar var. 16 vətəndaşımız sağ çıxarılıb. Bu dəhşətli hadisənin daha operativ, daha şəffaf araşdırılması çox vacibdir".

Bu barədə politoloq Xəyal Bəşirov Redaktor.az-a açıqlamasında danışdı.

O, 25 dekabrda baş verən təyyarə qəzası ilə bağlı vəziyyəti şərh etdi:

"Hadisə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən operativ reaksiya verilib. Prezidentin Sankt-Peterburqa səfəri zamanı havada olarkən məlumatı eşitdikdən dərhal sonra geriyə dönməsi və hava limanında keçirdiyi müşavirədə Azərbaycan xalqına bir sıra məlumatlar verməsi göstərdi ki, vətəndaşlarının taleyi çox önəm kəsb edir. Təbii ki, bu gün spekulyativ məlumatlar yayılır. Ümumiyyətlə, dünyada belə hadisələr baş verərkən informasiya bolluğunun olduğu hazırkı dönəmdə bir sıra dezinformasiyaların sayı artır, informasiya ilə oynayan təxribatçı qüvvələr dərhal hərəkətə keçirlər".

Politoloq vurğuladı ki, hadisədə 4 dövlətin vətəndaşları olub: Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan. Yəni burada təkcə Azərbaycan dövlətinin maraqlarından söhbət getmir:

"Hər bir dövlətin iştirakı ilə araşdırmalar aparılır. Təbii ki, cinayət işinin müəyyən mərhələlərində digər dövlətlərin iştirakına məhdudiyyət qoyulacaq. Bu cinayət prosessual qanunvericiliyin tələbidir, amma nəzərə alaq ki, bir qəza hadisəsi baş verib və bu hadisəsinin araşdırılması ilə bağlı ümumilikdə təcrübələr var. Qara qutular müəyyənləşdirilib və açılıb, ekspertizası həyata keçirilir. Qara qutuda mövcud olan məlumatların müəyyənləşdirilməsindən sonra təbii ki, bir sıra məqamlar məlum olacaq. Hadisə ilə bağlı müxtəlif versiyalar var: quş dəstəsi ilə təyyarənin qarşılaşması, təyyarədə texniki nasazlığın olması, təyyarənin hava hücumundan müdafiə vasitələr itərəfindən səhvən vurulması və digər versiyalar da ola bilər və vizual olaraq hadisəni müşahidə edib nəticə çıxarmaqla bunlara qiymət vermək yanlış olar. Əgər belə olsaydı, onda dünyada heç bir hadisə ilə bağlı araşdırmaya ehtiyac olmazdı. Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə, yəni hava nəqliyyatının hərəkəkət təhlükəsizliyinin və istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma maddəsi ilə, - hansı ki, onun sanksiyasında 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur - və eyni zamanda 314-cü maddə səhlənkarlıq hərəkəti əməlləri, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olması maddəsi ilə cinayət işi qaldırılıb".

X.Bəşirov qeyd etdi ki, analoji maddələrlə həm Rusiya, həm Qazaxıstanda cinayət işi qaldırılı:

"Düşünürəm ki, ibtidai istintaq mərhələsində bu hadisə ilə bağlı öncədən mövqe bildirmək qeyri-peşəkarlıq və ibtidai istintaqın gedişatına müdaxilə hesab olunardı. Ona görə bu fikirləri bildirmək hazırkı mərhələdə düzgün deyil. Nəzərə almaq lazımdır ki, orada dünyasını dəyişən insanların yaxınları var, hadisədə xəsarət alan insanlar var. Onların da hazırkı durumunu nəzərə almaq lazımdır. Hadisə ilə bağlı hər hansı bir mövqeyin bildirilməsi, hansı ki, qəti mövqe yoxdur və daha sonra onun yanlış çıxma ehtimalının böyük olması daha ciddi fəsadlara gətirib çıxara bilər. Həmçinin bu, Azərbaycana məxsus olan hava gəmisinin digər dövlətin ərazisində qəzaya uğraması hadisəsidir. Bu baxımdan Qazaxıstanda ciddi araşdırmalar gedir. Azərbaycan tərəfindən prezidentin göstərişi ilə komissiya yaradılıb, Baş nazirin rəhbərliyi ilə operativ şəkildə işlənir. Həmin yaralıların və dünyasını dəyişən şəxslərin ölkəyə gətirilməsi, onlara kompensasiya verilməsi, eyni zamanda onların uçuş zamanı həyatlarının sığortalanması və hadisəsindən sonra ödənişlərin edilməsi məsələsi bu gün aktual olmalıdır".

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Dekabr 2024 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri