Icma.az
close
up
RU
Qarabağ adı Azərbaycana üçün çox böyük önəm kəsb edir Qurban Qurbanov

Qarabağ adı Azərbaycana üçün çox böyük önəm kəsb edir Qurban Qurbanov

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşçqisi Qurban Qurbanov jurnalsitlərin suallarını cavablandırıb:

"Başda cənab prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük zəfərdir. Allah xalqımızı həmişə qorusun. Oyuna gəldikdə, matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. Xoş olan odur ki, 44-cü dəqiqədə bizim azarkeşlərlə "Neftçi" azarkeşlərinin bunu qeyd etdi. Çox gözəl azarkeşlik var idi. Futbolçularıma da təşəkkür edirəm. Vacib qələbə oldu. Hər iki komandanın futbolçuları yaxşı, dinamik, sürətli oyun göstərdi. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar. Qarşıda da millinin oyunları var. Onlara da uğurlar arzulayıram, azarkeşlik edəcəyik".

- Start heyətində bir sıra aparıcı oyunçular var idi, başqa cür də ola bilərdi. Burada vacib məqam hansı idi ki, start heyət oyunçuları oynayırdı?

- Zubir və Andrade "Çelsi" matçını sona qədər oynamamışdılar. Kevin Medina da tam hazır olduğunu dedi. Çünki belə oyundan öncə futbolçulardan soruşuruq ki, yorğunluq var, ya yox. Bu barədə fikirlərini bildirirlər. Mateus Silva, Elvin Cəfərquliyev sonradan meydana daxil oldu. Qarşıda pauza çox olacaqdı. 4 gün az müddət deyil, öz idman formalarından çox uzaq ola bilərdilər. Ona görə belə addım atdıq.

- "Qarabağ" oyunu üstün apardı. "Neftçi" gözlədiyiniz kimi oynadı, yoxsa necə?

- "Neftçi"də son matçlarda çox irəliləyiş var. Düşünülmüş hücumları var, müdafiədə sağlam oynayırlar. Kollektiv birbirini tamamlayır. Oyundan-oyuna bir-birilərini çox yaxşı anlayırlar.

- "Qarabağ"ın Avropada uğurları Şimali Kiprdə də izlənilir. Şimali kiprli azarkeşlərə nə demək istəyərdiniz?

- Burada sizləri görmək xoşdur. Biz ancaq sevinirik ki, "Qarabağ"ı müsəlman ölkələrində izləyirlər. O cümlədən də, böyük türk dünyası "Qarabağ"a baxır. Buradan qardaşlarımıza təşəkkür edirəm. Duaları bizimlədir, eyni qaydada da bizim də onlarla.

- "Qarabağ" bu uğurları daha çox nəyə borcludur?

- "Qarabağ" adı Azərbaycana üçün çox böyük önəm kəsb edir. Bu komandada rəhbərlik səviyyəsində futbolçulara bildirilib ki, burada ciddi, məsuliyyətli olmaq hər birimizin borcludur. İlk növbədə biz azərbaycanlıların, sonra legionerlərin. Onlar da bura gələndə, Qarabağ hadisələri ilə maraqlanırlar. Onlardan tələbimiz odur ki, işlərimizdə ciddi olacağıq. Bu komandada qeyri-ciddi olmaq haqqımız yoxdur. Rəhbərlik səviyyəsində həmişə fikir o olub ki,bu adı qoruyub-saxlayaq. Avropada bizdən daha böyük futbol ölkələri olsa da, məqsədimiz hər zaman layiqli oynamaqdır. Futbolçulara birinci bunu tapşırırıq. Biz deyə bilərik, onu icra etmək vacibdir. Oyunçular da bunu sevərək icra edirlər. İlk növbədə özümü, sonra kim varsa, məsuliyyətli olmaqdan başqa haqqımız yoxdur. Bunu komandaya bildiririk.

- Türkiyə klublarında prinsipiallıq var, derbiləri qazanmağı klubdan daha çox tələb edirlər, nəini avrokuboklarda. Avrokuboklarda qələbə prinisipialdır, yoxsa "Neftçi"?

- Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyirlər. Hər klubun öz tələbi var. O da mühitə, insanlara uyğun belə qərar verirlərsə, onların yanındayıq(gülür).

- Millinin oyunlarından nə gözləyirsiz?

- Millidə çox irəliləyiş var. Baxmayaraq ki, rəqiblər çox ciddidir. Futbolçularıma həmişə güvənmişəm, Azərbaycan millisinə də. Ola bilər bu gün, ola bilər 5 il sonra olsun, o inamı itirmək istəməmişəm. Çünki o millimizdir, futbolçularımızdır. Uğurlar. İnanıram ki, daha yaxşı nəticə əldə etməyə qadirdirlər.

- AFFA-nın əcnəbi futbolçuları milliləşdiriləcəyi deyilir. Zubirin də orada adı var. Legionerlərin milliləşdirilməsinə necə baxırsız?

- Bu barədə danışmayaq. Hər quruma cavabdeh şəxslərin öz strategiyası var. Hansısa fikir bildirmək lazım olanda, fikir bildirmişik. Amma heç kimin qərarına hörmətsiz yanaşmaq istəmirik. Hörmətlə yanaşmışıq.

- "Neftçi"nin "Qarabağ"ın üzərindəki sonuncu qələbəsindən çox vaxt gedir. "Qarabağ" o qələbədən sonra "Neftçi"yə qarşı sanki amansızdır. Belə seriyanın yaranmasında o məğlubiyyətin və Samir Abasovun oyundan sonra "gəldik və çempionluğu "Qarabağ"dan qopardıq" açıqlamasının nə dərəcədə rolu var?

- O barədə heç düşünmürəm. Keçmişə qayıdaraq, işimi qurmaq barədə, uğur əldə etmək haqda fikrim olmayıb. Hər zaman qarşıdakı rəqibə fikrimi yönləndirmişəm. "Neftçi", "Zirə", "Sabah", "Qəbələ" olsun, hamımız dost komandayıq. Ən çox biz bir-birimizi görürük. Hansısa fikrə reaksiya verməyim düzgün olmaz. Hər insanın öz uğur yolu var, iş prinsipləri var. Mənim prinsiplərim elədir ki, yazılara, fikirlərə çox da vaxt ayırmıram. Hamısı özümüzünkülərdir. Hər deyilən fikrə də hörmətlə yanaşırıq.

- İlk dövrənin son oyunu idi. Uzun müddətdən sonra 12 komanda, legioner limiti götürülüb. Ötən mövsümlə bu mövsümü müqayisə etsəz, fərq var?

- Var. Mübarizə daha da çoxalıb. Əgər şərait daha yaxşı olsaydı.... Bütün stadionlar daha yaxşı olsaydı, azarkeş sayı, matçların keçirilmə vaxtı daha yaxşı olsaydı, fərqli ola bilərdi. 

- Demək olar ki, Kamilo Duran "Qarabağ"ın mərkəz hücumçusudur?

- Hazırda belə demək olar. Amma onu sağ cinahda da keyfiyyətli oyun üslubu var. Ona baxanda, hər iki mövqe üçün planlaşdırmışdıq. Pis alınmadı. Özüm də, daha üst axtarmaqda işimizə davam edirik. Bizim tələbimizə görə, Duranın faydalı iş əmsalı, çox yuxarıdır. Çox razıyam.

- Samir Abasov bildirdi ki, bu dəqiqələrdə belə ucuz penaltilər verilmir. Sizin bu haqda fikriniz necədir?

- Düzünü desəm heç baxmamışam epizoda. Elçin Məsiyev elə-belə penalti vermir. Avropada da xeyli oyunlar idarə edir. VAR-a da baxmadı. Məşqçilər dedi, baxmağıma da ehtiyac olmadı. Yenə də baxaram.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://fanat.az
archiveBu xəbər 09 Noyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see166

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see160

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see149

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see134

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri