Icma.az
close
up
RU
Problemli kreditlər yarım milyardı keçib: “İnsanlar var ki, bahalı telefon götürür, kreditini ödəyə bilmir”

Problemli kreditlər yarım milyardı keçib: “İnsanlar var ki, bahalı telefon götürür, kreditini ödəyə bilmir”

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda məhkəmələrdə mülki qaydada baxılan mübahisələrin böyük əksəriyyəti problemli kreditlərlə bağlıdır. Hər gün bununla bağlı ölkə ərazisindəki müxtəlif məhkəmələrdə onlarla qərar çıxarılır.

Bizimyol.info xəbər verir ki, problemli kreditlərin qaytarılması ilə bağlı hazırda icrasını gözləyən 300 mindən çox məhkəmə qərarı var. Bəzən vətəndaşlar könüllü şəkildə qərarı icra edir – borcu qaytarır. Bir çox hallarda isə vətəndaşın maaşından, yaxud da pensiyasına yönləndirilir. Yəni aylıq konkret məbləğ məcburi şəkildə onun rəsmi gəlirindən tutulur.

Mərkəzi Bankın bugünlərdə açıqladığı hesabatda bildirilir ki, 2025-ci il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544.8 milyon manat təşkil edib. Bu isə nəinki əvvəlki illər, hətta bu ilin əvvəli ilə müqayisədə 21.3 faiz, yaxud da 95.7 milyon manat çoxdur.

Azərbaycanda problemli kreditlərin məbləği son bir ildə isə 13.5 faiz və ya 65 milyon manat artıb.

Ekspertlər hesab edir ki, bir çox iş yerlərinin başlanması, bahalaşma, bir sözlə, əhalinin güzəranının ağırlaşması bu artımda əsas səbəblərdəndir.

İqtisadçı Elnur Məmmədov deyir ki, statistik göstəricilər əhali ilə banklar arasında gərginliyin artmasının göstəricisidir. Onun sözlərinə görə, yüzminlərlə məhkəmə qərarı vəziyyətin narahatedici olduğunu deməyə əsas verir. Ekspert bu vəziyyətin yaranmasında həm bankları günahkar sayır, həm də vətəndaşları: “Banklar kredit verərkən hərtərəfli dəyərləndirmə aparmalıdır. Düzdür, tamamilə risksiz kredit verilməsi mümkün deyil. Buna qalsa, gərək heç kimə kredit verilməsin. Amma iqtisadi mühit, imkanlar və s. yaxşı-yaxşı dəyərləndirilməli, bütün risklər nəzərə alınaraq qərar verilməlidir. Bankın dövriyyəsi artsın deyə, kimə gəldi, kredit vermək olmaz. Vətəndaşlarla bağlı məsələyə gəlincə, bəzən insanlar ödəniş qabiliyyətlərini düzgün dəyərləndirmirlər. İnsanlar var ki, bahalı telefon götürür, onun kreditini ödəyə bilmir. Qaytarılmayan istehlak kreditlərin böyük bir hissəsi mobil telefonların alışı ilə bağlıdır”.

Elnur Məmmədovun sözlərinə görə, kredit götürərkən ödəniş qabiliyyəti olan, bütün şərtlərə cavab verən vətəndaşın qəfildən xəstəliyə tutulması, iş yerini itirməsi nəticəsində kreditin qaytarılmasında problemlərin yaranması kimi hallar da olur. Ekspert hesab edir ki, bu cür hallarda banklar həmin işlərə yenidən baxıb, daha aşağı faizlə və uzunmüddətli qaytarılma şərtilə vətəndaşa daha uyğun imkanlar yarada bilər: “Bu cür yollarla problemləri qismən həll etmək olar”.

Elnur Məmmədov Azərbaycanda kredit faizlərinin yüksək olduğunu da vurğulayır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri