Professor: İqtisadi əməkdaşlıq əlaqələri Türkiyə və Azərbaycana aktivlərini artırmaq imkanı verir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 25 dekabr, AZƏRTAC
Türkiyə və Azərbaycanın böyük iqtisadi potensialları var və bu iki dövlətin qarşılıqlı sərmayə yatırımlarını, ticarət dövriyyəsini, nəqliyyat-tranzit, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əlaqələrini artırsalar, daha səmərəli əməkdaşlıq əlaqələri yaranar.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Türkiyənin Qaziantep Universitetinin professoru Ali Fuat Gökçə deyib.
“Azərbaycanın sərmayəsi ilə Türkiyənin Əliağa bölgəsində neft-kimya müəssisələri qurulub və həmin müəssisələrdə istehsal olunan məhsullar bir neçə ölkəyə ixrac edilir. Bu istiqamətdəki iqtisadi əməkdaşlıq əlaqələri hər iki dövlətə aktivlərini artırmaq imkanı verir. Bakıda keçirilən “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” bu məsələləri daha dərindən araşdırmalı, qarşılıqlı sərmayələrin həcmini artırmalıdır. Forumda Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, ticarət naziri Ömər Bolat və digər rəsmi şəxslərin iştirakı konkret addımların atılacağından xəbər verir. Hazırda Türkiyə ilə Azərbaycan arasında enerji və tranzit sahəsində yaxşı əməkdaşlıq əlaqələri var. Lakin hər iki dövlətin iqtisadi - kənd təsərrüfatı, sənaye, informasiya texnologiyaları, hərbi sənaye sahələrində də geniş əməkdaşlıq imkanları var və bu imkanlardan istifadə etmək lazımdır”, - deyə professor vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 Dekabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















