Icma.az
close
up
RU
Professor: Sülh sazişi növbəti ilə qalsa, ruslar Ermənistanda çevriliş edəcəklər

Professor: Sülh sazişi növbəti ilə qalsa, ruslar Ermənistanda çevriliş edəcəklər

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Mənə elə gəlir ki, hazırda Ermənistanda ən ağıllı adam baş nazir Nikol Paşinyandır. O anlayır ki, sülh olmasa, Ermənistanın dövlət kimi mövcudluğu sual altına düşəcək. Amma Erməni Apostol Kilsəsinə Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsi sərf etmir. Bu səbəbdən də erməni hökumətinə qarşı çıxırlar”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Cümşüd Nuriyev Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanma ehtimallarını qiymətləndirərkən deyib.
C. Nuriyev iddia edir ki, İran və Rusiya da Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin əldə olunmasına razı deyillər, sülhün yaranması onlara sərf etmir. İran prezidenti Məsud Pezeşkian isə bu məsələdə Azərbaycanın yanında olduğu üçün ölkəsində onun istefasını dilə gətirirlər.
C. Nuriyevin fikrincə, Azərbaycanın şimal və cənub qonşuları bölgədə real sülhün yaranmasını istəmirlər.
Professor əlavə edib ki, Ermənistanda hakimiyyətdə olan qüvvələr Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirlər, çünki real vəziyyəti anlayırlar:
“Azərbaycan da sülh sazişinin imzalanmasında maraqlıdır. Düzdür, Azərbaycan qalib tərəfdir, amma buna rəğmən sülh sazişinin uzanmasında maraqlı deyil. Əksinə, sülh sazişindən sonra Zəngəzur dəhlizinin açılaması məsələsi gündəmə gələcək. Odur ki, bunda maraqlıyıq. Yəni həm Ermənistan, həm də Azərbaycan sülh sazişi imzalamaq məsələsində eyni mövqeyi bölüşürlər. İki ölkənin bu məsələyə yanaşmasının fərqli olmasına isə normal yanaşmaq lazımdır. Aparılan müzakirələr də fərqli yanaşma və mövqelərin yaxınlaşdırılması üçündür”.
Müsahibimiz ümid edir ki, yaxın 4-5 ay ərzində Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq: “Əgər sülh sazişi növbəti ilə qalsa, ruslar Ermənistanda hakimiyyət çevrilişi edəcəklər. Rusların məqsədi Paşinyanı devirmək və yerinə elə qüvvələr gətirməkdir ki, imperiyanın maraqlarını təmin edə bilsinlər. Son dövrlər Azərbaycana təzyiqlər də bu məqsədlə edilir. Odur ki, Azərbaycan və Ermənistan reallıqları bildiyi üçün sülh sazişini imzalamalı və növbəti səhifə açmalıdırlar”.

Y. QACAR
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://reyting.az
archiveBu xəbər 17 İyul 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see171

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see124

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see121

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri