Icma.az
close
up
RU
Psixoloji pozuntu: “Normal insan belə hərəkət etmir”

Psixoloji pozuntu: “Normal insan belə hərəkət etmir”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən həftə Gəncədə üç uşaq anasının keçmiş həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilməsi ölkədə məişət zorakılığı problemini yenidən gündəmə gətirib.

Hadisə ictimaiyyətdə geniş rezonans doğurub və mövcud qanunvericiliyin qadınları zorakılıqdan müdafiə etməkdə nə dərəcədə effektiv olduğu barədə müzakirələri gücləndirib.

Hadisə ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial media hesabında paylaşım edərək bildirib ki, mərhum qadın bütün instansiyalara müraciət etsə də, ona lazımi müdafiə təmin olunmayıb.

Onun sözlərinə görə, hazırkı qanunvericilik qadınları kifayət qədər qoruya bilmir:

“Hazırkı qanun onu kifayət qədər qoruya bilmədi. “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun və digər normativ aktlar psixoloji və şifahi təhdidlərə görə müdafiə tədbiri tətbiqinə imkan vermir. Ağır bədən xəsarəti olmayınca,  qurumlar sadəcə dinləyir.

Həyati təhlükə içində olan qadına verilən yeganə mexanizm,  kağız üzərində “mühafizə orderi” və sığınacaqdır. Bu  hüquqi boşluq hər dəfə bir qadının həyatına son qoyur. Psixoloji və şifahi hədələr cinayət sayılmayınca, belə xəbərləri eşitməkdə davam edəcəyik”, - deyə o qeyd edib.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, məişət zorakılığı təkcə fiziki şiddətlə məhdudlaşmır, eyni zamanda hədə-qorxu da məişət zorakılığı hesab olunur:

“Bu halda qadın polisə müraciət edə bilər və bu barədə tədbir görülməlidir. Kişiyə qadağalar qoyulmalıdır, məsələn, həmin qadına yaxınlaşmamaq və s. Əgər bu qadağalar pozularsa, məsuliyyət daşıyır. Çox zaman qadınlar nə etməli olduğunu bilmirlər. Əgər polis tədbir görmürsə, qadın məhkəməyə müraciət etməlidir ki, tədbir görülsün. Məhkəmə nəticəsində yaxınlaşmamaq qadağası qoyulur. Görünü bundan istifadə etməyib”.

Polisin bu məsələyə reaksiyasına da toxunan hüquqşünas deyib ki, polis həmin vətəndaşı çağırıb söhbət etməliydi və bu, polis üçün məsuliyyət yaradır:

“Məhz polisi buna görə sorğu-sual etmək lazımdır ki, ən azı həmin vətəndaşı çağırıb söhbət etməli idi. Məhz polis buna görə cəzalanmalıdır. Niyə? Çünki bununla bağlı məsuliyyət yaranır. Polis ən azı kişini bir dəfə çağırıb söhbət etməli idi”.

Əkrəm Həsənov qeyd edib ki, belə şəxslərə ağır cəza verilməlidir ki, başqaları belə addım atmasın.

“Ümumiyyətlə, xüsusi mühafizəsi olmayan şəxsi əgər kimsə öldürmək istəyirsə, öldürəcək. Bildirim ki, Azərbaycanda demək olar ki, kişilərin müəyyən hissəsi arvadına belə hədə gəlir, amma 99 faiz halda bunu etmir, bu nadir haldır. Belə hallar ictimailəşəndə cəmiyyətdə belə təsəvvür yaranır ki, sanki bu cür hadisələr çoxdur.

Bu gün Azərbaycanda ər ilə arvadın boşanmasında 90 faiz hallarda təşəbbüskar qadındır. Bu o demək deyil ki, hər boşanan kişi belə hərəkət edir. Düşünürəm ki, qətl törədən şəxs və ya şəxslərin psixoloji problemləri var. Yəni normal insan belə hərəkət etmir. Əməlinə görə o cəzasını çəkəcək, cəzası da ağır olacaq. Çünki əvvəlcədən hədə-qorxu gəlib.

Həyatda belə hallarla qarşılaşdıqda nə etmək lazımdır? Belə kişilərə ağır cəza verilməlidir ki, başqaları belə addım atanda min dəfə düşünsünlər. Hazırda cinayət işinin detallarını bilmirəm, amma nəzəri olaraq qətl törədən şəxsin günahı sübuta yetiriləcəyi halda onu 15 ilədək həbs cəzası gözləyir".

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri