Icma.az
close
up
RU
Pula görə böyrəyini satanları nə gözləyir? Açıqlama

Pula görə böyrəyini satanları nə gözləyir? Açıqlama

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İnsan orqanlarının alqı-satqısı qanunla qadağan olunduğundan, bu məsələ hüquqi baxımdan ciddi suallar doğurur. Azərbaycanda insan orqan və toxumalarının donorluğu və transplantasiyası ilə bağlı ayrıca qanunvericilik mövcuddur və qanunla müəyyən edilmiş tələblərin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. 
Xüsusilə maddi çətinlik yaşayan şəxslərin orqanlarını pul qarşılığında verməyə razılaşması zamanı həm donorun, həm alıcının, həm də bu prosesi təşkil və ya vasitəçilik edən şəxslərin hüquqi statusu məsələsi aktuallaşır. Belə hallarda məsuliyyətin kimə və hansı əsaslarla tətbiq oluna biləcəyi cəmiyyətdə maraq doğuran məsələlərdəndir.
Bəs maddi çətinlik içində olan şəxsin öz orqanını pul qarşılığında satmağa razılaşması hüquqi məsuliyyət yaradırmı? Orqanı satan şəxsin, alıcının, yoxsa bu prosesi təşkil edən şəxslərin üzərinə məsuliyyət düşür? Belə hallarda hansı hüquqi məsuliyyət yarana bilər?
Demokrat.az-a bu barədə açıqlama verən hüquqşünas Babək Umudov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, orqanların alqı-satqısı, kommersiya məqsədli donorluq və ya orqan satışı barədə elan vermək tamamilə qadağandır.
Onun sözlərinə görə, bu əməl Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə ciddi məsuliyyət yaradır:
“Ölkədə bu sahə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunvericilik orqan donorluğunu həm canlı şəxslərdən, həm də ölümündən sonra (meyit donorluğu) həyata keçirməyə imkan verir.
Canlı şəxsdən orqan götürülməsi yalnız müstəsna hal kimi və alqı-satqı elementləri olmadan, yalnız qarşılıqsız (pulsuz) əsasda mümkündür. Bunun üçün qanunvericilik sərt tələblər müəyyən edir.
Canlı donor yalnız resipiyentin (orqan köçürülən şəxsin) genetik (qan) qohumları, həyat yoldaşı və ya həyat yoldaşının yaxın qohumları ola bilər. Qohumluq əlaqəsi olmayan şəxslər arasında canlı donorluğa yalnız Səhiyyə Nazirliyinin xüsusi Etika Komissiyasının rəyi və icazəsi olduqda yol verilir.
Donor 18 yaşına çatmış, tam fəaliyyət qabiliyyətli şəxs olmalıdır. Hamilə qadınlardan, azyaşlılardan və fəaliyyət qabiliyyəti olmayanlardan canlı donor kimi orqan götürülməsi qadağandır.
Şəxs heç bir təzyiq, məcburiyyət və ya maddi maraq olmadan, tam məlumatlandırılmış halda notariat qaydasında və ya xüsusi tibbi formada yazılı razılıq verməlidir. Donor istənilən mərhələdə (əməliyyat başlayanadək) razılığını geri götürə bilər.
Cüt orqanlardan biri (məsələn, bir böyrək) və ya orqanın bir hissəsi (məsələn, qaraciyərin bir hissəsi) götürülə bilər. Əməliyyat donorun həyatı üçün birbaşa təhlükə yaratmamalı və tibbi komissiyanın rəyi ilə təsdiqlənməlidir”.
Hüquqşünas əlavə edib ki, ölümündən sonra orqanlarının başqa insanlara həyat verməsi (meyit donorluğu) üçün istifadə olunmasını istəyən vətəndaşlar üçün müvafiq hüquqi mexanizm və Dövlət Reyestri nəzərdə tutulub:
“Vətəndaş sağlığında ölümündən sonra orqan və toxumalarının götürülməsinə razı olduğunu və ya bundan imtina etdiyini rəsmi şəkildə bəyan edə bilər. Bu müraciət Səhiyyə Nazirliyinin “Donorların, orqanların və transplantasiyaların vahid dövlət reyestri”nə daxil edilir və vətəndaş istənilən vaxt öz iradəsini dəyişmək və ya ləğv etmək hüququna malikdir. Şəxsin sağlığında verdiyi bu qərar məxfi saxlanılır və yalnız beyin ölümü faktı qeydə alındıqda həkimlər tərəfindən reyestr üzrə yoxlanılır
İnsan sağlığında nə razılıq, nə də imtina ərizəsi verməyibsə, beyin ölümü təsdiqləndikdən sonra orqanların götürülməsi üçün onun yaxın qohumlarının (həyat yoldaşı, həddi-büluğa çatmış övladları, valideynləri, bacı-qardaşları) yazılı razılığı tələb olunur. Qohumlar etiraz edərsə, meyitdən orqan götürülə bilməz.
Meyit donorluğu yalnız həkim komissiyası tərəfindən “beyin ölümü” (orqanizmin geri dönməz ölümü) faktı rəsmi olaraq protokolla təsdiqləndikdən sonra mümkün olur.
Meyitdən götürülən orqanlar heç bir halda satıla bilməz, onlar reyestrdə gözləmə siyahısında olan xəstələrə tibbi göstərişlər və uyğunluq əsasında təmənnasız paylanılır”, - deyə Babək Umudov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Sentyabr 2026 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri