Icma.az
close
up
RU
Pula qənaət üçün az yeyən, həyat yoldaşı ilə iki il yarım məktublaşan, özündən başqa rəqibi olmayan Kamal Sunal

Pula qənaət üçün az yeyən, həyat yoldaşı ilə iki il yarım məktublaşan, özündən başqa rəqibi olmayan Kamal Sunal

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün mərhum komediya ustası, aktyor Kamal Sunalın doğum günüdür. Onun 80 yaşı tamam olur.

Kulis.az sənətçinin həyatı haqqında məlumatları təqdim edir.


“Balalayka” filminin çəkilişləri üçün Trabzona gedəndə təyyarədə infarkt keçirərək 55 yaşında dünyasını dəyişən komediya ustası Kamal Sunal, əslində, noyabrın 10-u anadan olub. Amma doğulduğu gün Atatürkün ölüm gününə təsadüf etdiyinə görə, doğum gününü kədərli, hüznlü bir gündə yox, Atatürkə hörmət əlaməti olaraq, noyabrın 11-i qeyd edib.

Əgər təyyarədə infarkt keçirməsəydi, “Balalayka” onun çəkiləcəyi 83-cü filmi olacaqdı.

1944-cü ildə İstanbulda anadan olub. Memar Sinan ibtidai məktəbi və Vəfa liseyini bitirən sənətçi orta məktəbi 11 ilə bitirib. Məktəblə arası o qədər yaxşı olmayıb. Mərmərə Universitetinin Jurnalistika fakültəsinə daxil olsa da, təhsilini yarımçıq qoyub.

Universitet illərində və sonrasında Emayetaş fabrikində çalışan sənətçi teatr və kino dünyasına addım atmazdan əvvəl elektrik ustasının şagirdi olub.

Sənətçi müsahibəsində kiçik yaşlarında iş həyatına girməsini bu sözlərlə izah edib: "İqtisadi vəziyyətimiz yaxşı deyildi. Atam Migrosdan təqaüdçüdür. Yay tətilində ayaqqabı və kitab pulu yığmaq üçün işləyirdim".

Orta məktəb illərində teatra maraq göstərən Kamal Sunal məktəbdə tamaşalar təşkil edirdi.

Məşhur teatr aktyoru Müşfik Kenterlə Vefa Liseyində fəlsəfə müəllimi Belkıs Balkır vasitəsilə tanış olan sənətçi peşəkar aktyorluq həyatına Kenterler Teatrında başlayıb və uzun illər orada səhnəyə çıxıb.

Daha sonra Ülvi Uraz Teatrında, bir müddət Ayfer Feray Teatrında, nəhayət, Devekuşu Kabare Teatrında çalışan sənətçi orada oynadığı tamaşalarla məşhur rejissor Ertem Eğilmezin heyranlığına səbəb olub, bu yolla böyük ekrana yolu açılıb.

Sunal aktyorluğa başlama hekayəsini belə danışır: "Bilmirəm necə oldu, özümü əsl səhnədə tamaşaçıların qarşısında tapdım. "Səs” teatrında ilk rolum çox qısa idi. Səhnədə cəmisi üç dəqiqə qaldım, ya yox. Səhnənin bir ucundan girib, o biri ucundan çıxırdım. Nə etdimsə, bilmirəm, tamaşaçı uğunub getmişdi”.

Eğilmezin rejissorluğu ilə çəkilmiş “Tatlı dillim” filmində uzun boylu olduğuna görə basketbolçu obrazını canlandıran sənətçi kinoya ilk addımını 1973-cü ildə atıb və böyük heyətlə çəkilən filmlərdə rol almağa davam edib.

"Tatlı dillim" filminin obrazlarına bir-bir söz yazılırmış. Kamal Sunala növbə çatanda söz qurtarır. Rejissor Ertem Eğilmez deyir ki, "O zaman sən də gül". Kamal Sunal məhz o gülüşləri ilə ikonik aktyora çevrilmişdi.

Özünəməxsus bədən quruluşu və bir çox filmlərdə canlandırdığı obrazları, xüsusən də, Rıfat İlgazın “Hababam sinfi” adlı əsərinə uyğunlaşdırılmış filmdə canlandırdığı “İnək Şaban” obrazı ilə qısa zamanda Türkiyənin ən sevilən aktyorlarından birinə çevrilib.

"İnək Şaban" məşhurlaşdıqca bir çox filmlərdə "Yaxşı, saf insan" obrazını canlandıraraq "Şaban" obrazını davam etdirib.

Şəxsi həyatında isə çox sakit, ciddi və soyuq adam olub.

Məşhur olsa da, o, çox pul xərcləməyi sevməzmiş. Gələcəyə pul yığarmış. Kadir İnanır onun haqqında belə deyirdi: "Qənaət etmək üçün yeməyi də az yeyərdi".

Həyat yoldaşı Gül Sunalla Ankarada tamaşaçılarla görüşə gedən zaman tanış olub. Ön sıralarda onu izləməyə gələn qadını daha sonra dostları ilə görüşdə görüb, tanış olub. Beləcə, növbəti görüş üçün vədələşiblər. İlk dəfə görüşə gedəndə çox utancaq imiş. Hətta görüşə getmək istəmirmiş. Münir Özkul ve Zeki Alasyanın israrı ilə gec də olsa, görüşə gedib. İki il yarım məktublaşıblar. 1974-cü ildə gerçəkləşən evliliklərindən Əli və Ezo adlı iki övladı dünyaya gəlib.

"Hababam sinfi sinifdə qaldı" filminin finalında Mahmut Hoca və Semra Hoca şagirdlərin valideynlərinə zəng edir. Bir çox aktyorların öz valideynləri səhnədə çıxış edir. Həmin adlardan biri də Kamal Sunalın atası Mustafa Sunaldır.

90-cı illərdə kanalların çoxalması ilə reytinq yarışı başladı. Kemal Sunal bu dövrdə seriallarda da rol alıb, lakin onun serialları populyar olmayıb. Çəkildiyi "Bay Kamber" adlı serialının yayımlandığı vaxtda köhnə filmləri yayımlanırdı və daha çox izlənirdi. Özü özünə rəqib olmuşdu.

"Çöpçüler kralı" filmi çəkilirmiş. Baş rolları Şener Şen və Kamal Sunal bölüşür. Kamal rola girmək üçün hətta filmin çəkilişləri zamanı evdə kostyum geyinirmiş.

Heç vaxt bunu biruzə verməsə də, bu barədə danışmasa da, onun siyasi baxışı solçu olub. Heç bir film dərnəyinə də üzv olmayıb.

İbrahim Tatlısəsi dinləməyi çox sevərmiş. "Şarkı bülbülü" filmində, bir növ, elə İbrahim Tatlısəsi canlandırmışdı.

Çiy köftə yeməyi və hazırlamağı sevərmiş. Hətta həyat yoldaşını qıcıqlandırmaq üçün köftələri tavana da atarmış.

Sənətçinin rol aldığı “Süt Kardeşler”, “Tosun Paşa”, “Salako”, “Köyden şehire”, “Çöpçüler kralı” kimi filmləri çəkildiyi andan etibarən televiziyalarda fasiləsiz yayımlanmağa başlayıb. 1990-cı illər türk kinosunun ən çox baxılan filmləri sırasına daxil olub.

3 iyul 2000-ci ildə 55 yaşında dünyasını dəyişən sənətçi izdihamla torpağa tapşırılıb.

"Xalqın mədəni sərvəti" layihəsi Bülbülə həsr edildi Rəsulzadənin sevimli şairi - Azərbaycanın ilk “qorqudşünası” "Verilişlə bağlı təklifim budur ki..." - "Ötən günlər" haqqında
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri