Putin Ermənistanın Aİİ dən çıxmasının nəticələrindən danışıb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Ermənistan Avropa İttifaqı (Aİ) standartlarına keçidə başlayacağı halda, ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə inteqrasiya prosesləri faktiki olaraq dayandırıla bilər.
"Report"un yerli mediaya istinadən məlumatına görə, Rusiya lideri bunu jurnalistlərə müsahibəsində deyib.
Putinin sözlərinə görə, Moskva Aİİ çərçivəsində İrəvanla iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə azaltmalı olacaq, çünki bu, inteqrasiyanın əsas istiqamətlərinə təsir göstərəcək.
O qeyd edib ki, enerji daşıyıcılarına tətbiq edilən güzəştlər Ermənistanın ittifaqa üzvlüyünün yeganə üstünlüyü deyil. Putin həmçinin Rusiya kapitalının ölkə iqtisadiyyatındakı mühüm rolunu vurğulayaraq onun payının 86 %-dən çox olduğunu bildirib.
Putin həmçinin əlavə edib ki, Ermənistanın Aİİ-dən mümkün çıxışı zamanı dəmir yolu daşımalarının tarifləri Rusiya daxili səviyyəsinə gətiriləcək, Ermənistan vətəndaşları üçün isə xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan ümumi miqrasiya qaydaları qüvvəyə minəcək.
Bundan başqa, Rusiya Prezidenti mümkün iqtisadi nəticələr barədə xəbərdarlıq edərək bildirib ki, enerji daşıyıcılarının qiymətləri dəyişəcəyi halda, Ermənistan ÜDM-in təxminən 14 %-ni itirmək təhlükəsi ilə üzləşə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 29 May 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















