Icma.az
close
up
RU
“Putin Trampdan uzun müddətdir istədiyini alıb“ “The Wall Street Journal“

“Putin Trampdan uzun müddətdir istədiyini alıb“ “The Wall Street Journal“

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

"İndi Putin Trampdan öz şərtləri ilə Ukrayna üzrə sərt bir razılaşma tələb edəcək..."

Prezident Donald Trampın Rusiya ilə danışıqlar aparmaq barədə elan etdiyi qərar Rusiya diktatoru Vladimir Putinə uzun müddətdir tələb etdiyi şeyi- ABŞ-la Ukrayna mövzusunda birbaşa danışıqlar aparmaq istəyini təmin edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

Nəşr qeyd edir ki, Kreml uzun müddətdir ki, Ukraynanı və onun Avropadakı müttəfiqlərini bu cür danışıqlardan kənarlaşdırmağa çalışıb. Moskva Vaşinqtonu müharibənin uzanmasına görə məsuliyyət daşımaqda ittiham edir və buna görə də yalnız ABŞ-ın Rusiya ilə müharibənin dayandırılması barədə razılığa gələ biləcəyini iddia edib.

"Əgər Putinin Ukrayna ilə bağlı mövqelərini nəzərə alsaq, Trampın vəd etdiyi danışıqlar uzun və çətin olacaq-Rusiya yalnız ABŞ-ın Ukraynaya dəstəyi dayandıracağı və onun öz ərazisini qorumaq imkanlarını məhdudlaşdıracağı təqdirdə atəşkəsə razı ola bilər," - nəşr yazıb.

Nəşrin qeyd etdiyinə görə, analitiklər hesab edir ki, Putin ABŞ-dan sərt bir razılaşma əldə etmək üçün uzunmüddətli bir oyun oynamağa hazırdır. Hərbi ekspertlər isə əlavə edib ki, Rusiya mövcud insan resursları və silahlarla ən azı bir il yarım daha Ukraynaya qarşı müharibəni davam etdirə bilər.

"Bu, hələlik ara mərhələdə olan bir qələbədir. Putinin son qələbəsi isə Ukraynanın Qərb düşərgəsinə daxil olmasının qarşısını almaq və onun təhlükəsizlik tədbirləri ilə bağlı suveren qərarlar qəbul etmək imkanından məhrum olmasını təmin etməkdir," - Berlində yerləşən Karnegi Avrasiya Mərkəzinin direktoru Aleksandr Qabuyev bildirib.

"Tramp administrasiyası danışıqlar başlamazdan öncə artıq Putinə açıq güzəştlər edib", - Almaniya müdafiə naziri Boris Pistorius vurğulayıb.

Bu arada isə dünən Kremlin daxilində bayram əhvali-ruhiyyəsi hökm sürüb. "Putin hər kəs üzərində qələbə qazanıb", - Rusiya dövlət mediasının aparıcısı Olqa Skabeyeva bəyan edib, populyar "Komsomolskaya Pravda" qəzeti isə "Tramp Zelenskini ölümə məhkum etdi" başlığını yazıb.

Nəşr qeyd edir ki, əslində, Trampın danışıqlar aparacağına dair vədi Putin üçün üç il davam edən ağır döyüşlərdən sonra müharibəni Rusiya şərtləri ilə bitirməyə doğru ilk addımdır.

Bundan əlavə, Pentaqon rəhbəri Pit Hegset bildirib ki, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərin əksəriyyətini geri qaytara biləcəyi fikri real deyil və ABŞ Senatı Ukrayna əleyhinə mövqeyi ilə tanınan Tulsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiqləyib.

Bu, eyni zamanda, Ukraynada döyüş meydanında alçaldıcı uğursuzluqlarla üzləşmiş Rusiya diktatoru üçün bir növ qisas hissi doğurur.

Nəşr xatırladır ki, Putin dəfələrlə ukraynalıları kənarda saxlamaqla, Ukrayna məsələsində ABŞ-la birbaşa danışıqlar yolu ilə böyük bir razılaşma əldə etməyə çalışıb. ABŞ-ın maliyyə və hərbi yardımı müharibənin ilk günlərindən etibarən Ukrayna üçün həyati əhəmiyyətli amil olub.

"Ən azı, Rusiya Ukraynanı Moskva ilə dost münasibətlərdə olan, daimi şəkildə Rusiya hərbi təcavüzünə qarşı həssas bir dövlət halına salmaq istəyir", -  nəşr vurğulayır.

Avropa kəşfiyyatının sabiq işçisinin fikrincə, Rusiya Trampdan və Ukraynadan güzəştlər qoparmaq üçün çox sərt bir razılaşma üzərində israr edəcək, çünki Moskvanın bu mübarizəni davam etdirmək üçün kifayət qədər resursu var.

Qabuyev qeyd edib ki, Putinin amerikalılarla danışıqlardakı əsas məqsədi təkcə Ukraynada qazandıqlarını rəsmiləşdirmək və atəşkəsdən sonra döyüşlərin yenidən başlanmasının qarşısını almaq deyil, həm də Ukraynanın gələcəkdə hərbi yolla Rusiyaya müqavimət göstərmək imkanlarını tamamilə məhdudlaşdırmaqdır. 

"Məqsəd təkcə ərazilərin nəzarətdə saxlanması deyil, həm də Kiyevə Qərb tərəfindən simvolik və ya heç bir təhlükəsizlik zəmanəti verilməməsidir. Kremlə görə, bu, Ukraynanın tədricən süqutuna gətirib çıxaracaq", - o, vurğulayıb.

Bundan əlavə, nəşr bildirir ki, Putin ABŞ ilə birbaşa danışıqları İkinci Dünya müharibəsindən sonra qəbul edilən və Şərqi Avropanın sovet və Qərb təsir dairələrinə bölünməsini nəzərdə tutan genişmiqyaslı geosiyasi saziş imzalamaq üçün bir şans kimi görür.

ABŞ və Rusiya arasında Ukrayna üzrə danışıqlar

Dünən Avropa rəsmiləri Trampın yaxın zamanda başlaya biləcəyini dediyi ABŞ-Rusiya danışıqları ideyasından narahatlıqlarını ifadə edib. Avropalılar tələb edib ki, Avropa İttifaqı və Kiyev müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlara cəlb olunmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Fevral 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri