Putinə sanksiya güzəşti, Zelenskiyə təzyiq: Vaşinqton nə planlaşdırır?
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığından sonra Moskvanın dizel yanacağı ixrac etməsinə qoyulan sanksiyaların aprelədək yumşaldılması barədə qərarı yeni geosiyasi müzakirələrə yol açıb. Bu addım enerji bazarındakı böhranı yüngülləşdirmək cəhdi olmaqla yanaşı, Ukrayna müharibəsində Vaşinqtonun prioritetlərinin dəyişib-dəyişmədiyi sualını da gündəmə gətirir.
Enerji böhranı Trampın qərarına təsir edir
Qlobal yanacaq bazarında gərginlik, daşınma problemləri və Yaxın Şərqdəki risklər ABŞ administrasiyasını alternativ təchizat imkanları axtarmağa sövq edir. Noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində yanacağın qiymətinin artması Tramp üçün həm iqtisadi, həm də siyasi problemdir. Dizel bahalaşması nəqliyyat və kənd təsərrüfatından tutmuş ərzaq qiymətlərinə qədər geniş sahələrə təsir göstərir. Bu şəraitdə Rusiya yanacağının bazara çıxarılması qısamüddətli təzyiqi azalda bilər. Lakin əlavə tədarükün qiymətlərə təsiri onun real həcmi və çatdırılma imkanlarından asılı olacaq.
Baxış sayı:122
Bu xəbər 10 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















