Icma.az
close
up
RU
Putinin ömrünün uzadılmasına 18 milyard xərclənəcək

Putinin ömrünün uzadılmasına 18 milyard xərclənəcək

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

73 yaşlı Rusiya prezidentini Ukrayna müharibəsi deyil, ömrünü uzatmaq üçün yeni texnologiya variantlarının uğurlu nəticəsini ədə etmək daha çox narahat edir. Vladimir Putin özü Çin prezidenti Si Zinpin ilə ayaqüstü söhbət zamanı ölməzlik və orqan dəyişdirilməsi mövzusu haqqında danışarkən iddia edirdi ki, ömrü 150 ilə qədər uzatmaq mümkündür. Yəni, bundan sonra yaşadığı qədər də yaşamaq iddiasını Putin səsləndirəndə, açığı fikirləşmək olardı ki, onun ölümünü gözləyən bəşəriyyətə psixoloji mesaj verir ki, çox da ümidlənməyin, hamınızı yola salacam. Amma, Amerikanın "The Wall Street Journal" nəşrində Putinin bu istiqamətdə nə işlər gördüyü barədə materialla tanış olanda, onun məsələyə tam ciddi yanaşdığını hiss etməmək mümkün deyil. Nəşrin yazdığına görə Rusiya hökuməti 2027-2029-cu il büdcəsində "Yeni Sağlamlığı Qoruyan Texnologiyalar" milli layihəsinin həyata keçirilməsi üçün 18 milyard rubl ayırıb. Layihənin elan edilmiş məqsədlərinə innovativ dərmanların, biotibbi texnologiyaların və uzunömürlülüyü artıran texnologiyaların inkişafı daxildir. layihə 73 yaşlı Vladimir Putinin ömrünün uzadılması səyləri ilə birbaşa əlaqəlidir və maliyyələşdirmənin kəsilməsindən qorunan azsaylı dövlət tibb layihələrindən biri olacaq. Nəşrin məlumatına görə, layihəyə şəxsən Rusiya prezidentinin qızı Mariya Vorontsova və Putinin dostu, Kurçatov İnstitutunun rəhbəri Mixail Kovalçuk nəzarət edir. Alimlər gen terapiyasından istifadə edərək hüceyrə qocalmasını yavaşlatmaq üçün çalışırlar və həmçinin genetik modifikasiya olunmuş mini donuzların içərisində insan transplantasiyası üçün orqanlar yetişdirməyə çalışırlar. İlk belə donuzun 2030-cu ilə qədər peyda olması gözlənilir. Layihəyə nəzarət edən Mixail Kovalçuk müasir elmin nəticədə insan bədən hissələrinin “yığılmasına” və dəyişdirilməsinə, eləcə də insan ömrünün uzadılmasına imkan verə biləcəyini bildirib. Marqlı bir sual ortaya çıxır: xüsusi yetişdirilmiş donuz orqanları insan orqanizminə transplantasiya edildikdə, insanın xarakterində, hərəkətlərində insana xas olmayan dəyişiklik də yarana bilərmi? Sual təsadüfən yaranmır. İstər-istəməz, professor Preobrajenskinin Poliqraf Poliqrafoviç Şarikov eksperment-obrazı ( M.Bulqakov “İt ürəyi” povesti) yada düşür.

Rusiyanın ağır iqtisadii böhran dövründə bu qədər maliyyənin “xüsusi yetişdirilmiş donuz orqanları” layihəsinə sərf olunması mütləq digər sahələrə, elə səhiyyə proqramlarına da ayrılan vəsaitlərin azaldılmasına gətirib çıxaracaq və artıq bu barədə müəyyən informasiyalar yayılıb.

Nəzərə alsaq ki, Rusiya xəzinəsində 5,4 trilyon rubl kəsir qeyd edilib və Ukraynadakı müharibəyə rekord xərclər (17,1 trilyon rubl) gedir, deməli gələn il digər əsas səhiyyə proqramlarında büdcə kəsirləri olacaq. Bu çatışmazlıq konkret rəqəmlədə öz əksini tapıb. Məsələn, xərçənglə mübarizə üzrə federal layihənin 12 dəfə (44,9 milyard rubldan 3,8 milyard rubla qədər) azaldılması nəzərdə tutulur. "Səhiyyə İnfrastrukturunun İnkişafı" layihəsinin maliyyələşdirməsi 77 milyard əvəzinə 54,4 milyard rubl təşkil edəcək. Eyni zamanda, hərbi qulluqçular, əlillər, Böyük Vətən Müharibəsi veteranları, mühasirədən sağ çıxanlar və Çernobıl qurbanları da daxil olmaqla, "müəyyən kateqoriyalı vətəndaşlar üçün tibbi və sanitariya dəstəyi" maddəsi üzrə xərclər 17% azaldılacaq.

Rusiya cəmiyyətinin müqavimət amili o qədər aşınmaya məruz qalıb ki, sosial-iqtisadi durumları nə qədər ağırlaşsa da hakimiyyətə qarşı kütləvi etiraza başlaması üfüqdə görünmür. O zaman, Putin “ölməz Kaşşey” olarsa, planetdə nə baş verə bilər? Ukrayna ilə istədiyinə nail olanadək müharibə davam edə bilər. Növbəti hədəf postsovet respublikaları, hətta postsosialist düşərgəsinin olması da şübhə yaratmayacaq. Yəni, onsuz da hazırda Putin deyəndə müharibə, müharibə deyəndə Putin yada düşür və “xüsusi yetişdirilmiş donuz orqanları” da transplantasiya edildikdən sonra bu düşüncənin gələcək günləri, illəri çox uzana bilər.  

Ümid ona qalır ki, Putinin dostu, onun təcavüz siyasətini dəstəkləyən ABŞ prezidenti Donald Trampın prezidentlik müddəti 2028-ci ildə bitir və Ağ Evin yeni sahibinin Putin siyasətinə qarşı sərt mövqe və zəruri təzyiq göstərəcəyi çox inandırıcıdır.  Genetik modifikasiya olunmuş mini donuzların içərisində insan transplantasiyası üçün orqanlar yetişdirməsi isə 2030-cu ilə gözlənilir.

Moderator.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Oktyabr 2026 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri