Icma.az
close
up
RU
Putinin sirr kimi saxladığı VARİS Hakimiyyəti o qadına verəcək? FOTO

Putinin sirr kimi saxladığı VARİS Hakimiyyəti o qadına verəcək? FOTO

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya-Ukrayna müharibəsinin şiddətlənməsi fonunda Prezident Vladimir Putinin hakimiyyətindən sonrakı proseslər müzakirə edilir. Xüsusilə Putinin varisinin kim olacağı ilə bağlı suallar tez-tez gündəmə gəlir. Bu istiqamətdə fərqli şəxslərin adları çəkilsə də, son zamanlarda Vladimir Putinin əmisi nəvəsi Anna Sivilyevanın adı xüsusi hallanmağa başlayıb.

A.Sivilyeva hazırda Putinin sərəncamı ilə Rusiyanın müdafiə nazirinin müavini vəzifəsini icra edir, həm də dövlət katibi statusu daşıyır. A.Sivilyeva bu statusla müdafiə nazirinin icazəsi olmadan birbaşa Kremlə sözünü demək imkanına malikdir.

Putinin Sivilyevaya bu qədər diqqət verməsi nə ilə bağlıdır? O, Rusiya prezidentinin həqiqətən varisi ola bilərmi?

Milli.Az bildirir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya cəmiyyəti olduqca mühafizəkar cəmiyyətdir:

"Rusiyada arzuedilən dövlət başçısı "mujik", yəni sərt kişi xarakteridir. Rus cəmiyyəti sərtliyi çox sevir. Bu gün Vladimir Putinin ciddi şəkildə cəmiyyətdən dəstək görməsinin səbəbi də məhz budur. Güclü şəxsiyyətin formalaşması, avtoritar idarəçilik hər zaman ruslar üçün önəmlidir. Məhz bu xarakter çarın boyarlar üzərində qalibiyyətinə, sovet hakimiyyəti illərində Mərkəzi Komitədə kollektiv idarəçiliyin süqutu və baş katibin təkbaşına idarəçiliyinə gətirib çıxardı.

Bu xarakter müstəqillik illərində Boris Yeltsin tərəfindən qurulan liberal idarəçiliyi sərt rejimlə əvəz etdi. Bütün bu amillər bir qadının Rusiyanın başına keçmək ehtimallarını zəiflədir. Hazırda Kreml hakimiyyəti içərisində ən güclü qadın Federasiya Şurasının sədri Valentina Matvinenkodur. Onun adı həm Putinlə yaxınlığı, həm də dövlət gücü səbəbi ilə gələcək prezidentliyə namizədlər sırasında sıx çəkilir. Ancaq qadın olması və yaşının çoxluğu bu ehtimalları zəiflədir. Anna Sivilyevanın təyinatı zənnimcə, sadəcə olaraq Putinin ordudakı korrupsiya faktlarına nəzarət mexanizmini tətbiq etmək niyyətindən irəli gəlir".

Ekspert deyib ki, Rusiya ordusunda ciddi korrupsiya faktları var idi və Sergey Şoyqu da Müdafiə Nazirliyindən məhz buna görə uzaqlaşdırıldı:

"Moskvada generalların ard-arda korrupsiya əməllərinə görə həbsinin şahidi oluruq. Ehtimal ki, Putin qohumunu Müdafiə Nazirliyinə gətirməklə bu məsələyə birbaşa və ciddi şəkildə nəzarət etmək istəyir. Sivilyeva çox güclüdür, Rusiya ordusunun maddi-texniki təminatına nəzərət edir. Həyat yoldaşı Sergey Sivilyev isə Rusiyanın Energetika naziridir. Sivilyevlər ölkənin siyasi sistemində hazırda ən güclü ailələrdən biridir. Ancaq bu, Kremlə sahiblənəcək dərəcədə deyil".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Dekabr 2024 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri