Icma.az
close
up
RU
Qadının döyülməsi ilə bağlı görüntülər saxta imiş... DETALLAR VİDEO

Qadının döyülməsi ilə bağlı görüntülər saxta imiş... DETALLAR VİDEO

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə bəzi qadınların “Snapchat”ın yardımı ilə əri tərəfindən döyülən qadın görkəmi yaradıb video paylaşması müzakirələrə səbəb olub. Paylaşımların altından hiddət dolu şərhlər yazılıb. 

Belə saxta görüntüləri niyə və hansı səbəbdən yayırlar? Cəmiyyət üçün həssas sayılan bu görüntülər həmin insanlara nə verir?

Avtosfer.az xəbər verir ki, bu barədə "Bizim.Media"nın sualını cavablayan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfovun fikrincə, zorakılığın və yalanın cinsiyyəti olmur, qadın və kişi həm qurban, həm də zorakılıq edən tərəf ola bilər. Qadın olmaq heç kəsə yalan danışmaq və emosional manipulyasiya etmək haqqı vermədiyi kimi, kişi olmaq da zorakılığa bəraət qazandırmır:

“Empatiya və dəstək həqiqətən ehtiyacı olanlara yönəlməlidir, əks halda, bu dəyərlər sui-istifadə olunaraq real qurbanların səsini kölgədə qoyur. Şiddət mövzusunu zarafat predmetinə çevirmək cəmiyyətdə bu problemə qarşı həssaslığın azalmasına və zorakılığın normallaşmasına gətirib çıxarır. Ədalət cinsiyyətə deyil, həqiqətə əsaslanmalı və kimliyindən asılı olmayaraq, doğru olanın yanında yer almalıdır”.

Psixoterapevt bildirib ki, cəmiyyətdə zorakılığa məruz qalan insanlara göstərilən empatiya bəzən sui-istifadə olunur və manipulyasiya vasitəsinə çevrilir:

“Bu cür davranışlar real zorakılıq qurbanlarının səsini kölgədə qoyur və onların yaşadığı ağrının dəyərini ucuzlaşdırır. Sosial şəbəkələrdə görünmək və diqqət çəkmək arzusu bəzi insanlarda real həyatla virtual kimlik arasında sərhədi bulanıqlaşdırır. Bu hal psixologiyada histrionik davranış və ya dramatik diqqət ehtiyacı kimi tanınır. Diqqət çəkmək üçün hazırlanan videolar, real zorakılığa məruz qalan insanlara qarşı ictimai etimadı zəiflədir. İnsanlar artıq hər iddiaya şübhə ilə yanaşmağa başlayır. Şiddət görüntülərinin zarafat kimi yayılması, onun ciddiliyini azaldır və normallaşdırır. Belə davranışlar, emosional tənzimləmə çatışmazlığı, etik dəyərlərin olmaması və sosial məsuliyyət hissinin zəifliyi nəticəsində formalaşır və fərdin cəmiyyət qarşısında məsuliyyətini dərk etmədiyini göstərir. Empatiya oyun deyil, başqasının ağrısını hiss etmək qabiliyyətidir, bu hiss zarafatla və ya yalanla təhrif edilməməlidir. Qurban olmaq maskalanmaq deyil, real travmalar, gecə yuxusuzluqları, qorxu və utancla dolu bir vəziyyətdir, “like” xatirinə üzərinə geyiniləcək bir rol deyil. Şiddət isə məzmun yaratmaq vasitəsi yox, insan həyatını zədələyən, ailələri dağıdan, cəmiyyətin kökünə zərbə vuran bir reallıqdır. Bu mövzu ilə oynamamaq, onu yüngülləşdirməmək və heç bir şəkildə normallaşdırmamaq lazımdır. Cəmiyyət olaraq şiddət mövzusuna zarafatla deyil, ciddi şəkildə yanaşmaq, belə halları təkcə tənqid etməklə kifayətlənməyib, eyni zamanda maarifləndirmə işi aparmaq vacibdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 May 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri