Icma.az
close
up
RU
Qafqazda Rusiyaya növbəti zərbə: Bakı ilham oldu, iki ərazi birləşə bilər

Qafqazda Rusiyaya növbəti zərbə: Bakı ilham oldu, iki ərazi birləşə bilər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin “İmedi” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər maraqla qarşılanıb. Baş nazir Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə birləşəcəyini qeyd edib.

Kobaxidzenin fikrincə, Gürcüstan “səbr göstərəcək” və öz siyasətində bu səbri rəhbər tutacaq.

Ekspertlər isə belə bir şeyin baş verəcəyi təqdirdə Cənubi Qafqazda separatizmin kökünün tamamilə kəsiləcəyini bildirirlər. Adı çəkilən iki ərazisinin Gürcüstana birləşdirilməsi, artıq regionda Rusiyanın gərginlik toxumlarının tamamilə kökünün kəsilməsi, təsir imkanlarının əlindən alınması kimi dəyərləndirilir.

Cənubi Qafqaz separatizmdən birdəfəlik azad ola bilərmi? Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə birləşməsi nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Kobaxidzenin bu açıqlaması Gürcüstanın daxilən “qaynadığı” bir zamanda xalqa və beynəlxalq ictimaiyyətə yönəlmiş mesaj kimi də qiymətləndirilə bilər:

“Bəlkə də, baş nazir bu açıqlaması ilə “suları durultmağa” və tərəfdarlarının qətiyyətinin azalmamasına çalışır. Amma ikinci ehtimal da mümkündür, Gürcüstan separatizmə son qoymaq üçün hərəkətə keçə bilər. Qonşusu Azərbaycanın separatizmə son qoyması onun üçün həm ilham mənbəyi, həm də nümunədir.

Həmçinin Tbilisi hökuməti Rusiyanın Ukrayna ilə müharibədə zəifləməsindən istifadə edir.


Kənan Novruzov

Kollektiv Qərb Şərqi Avropadakı müharibənin bitməsini və Moskvanın bu savaşdan qalib çıxmasını istəmir. Çünki elə olan halda Avropa üçün təhdid aktuallaşacaq.

ABŞ isə atəşkəsə nail olmaqda israrlıdır. Ola bilsin, Avropa yeni müharibəyə – Gürcüstan vasitəsilə Rusiyanı yeni “bataqlığa” çəkməyə hazırlaşır. Hər halda bunun işartıları görünür. Proseslərin necə inkişaf edəcəyini isə gələcək hadisələr göstərəcək”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri