Qalatasarayın futbolçuları avrokuboklarda liderdir
Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
UEFA Avropa Liqasının əsas mərhələsi çərçivəsində keçirilən görüşlərdə ən çox qol və məhsuldar ötürmə edən futbolçuların siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, turnirin geridə qalan 6 turdan sonra “Qalatasaray” klubunun 2 futbolçusu zirvədə yer alıb.
Yunus Akgün vurduğu 5 qolla Rasmus Hoylund (“Mançester Yunayted”), Samu (“Porto”) və Barnabas Varqa (“Ferençvaros”) ilə zirvəni paylaşır.
Dris Mertens isə 5 məhsuldar ötürmə ilə bu göstəricidə turnirin ən yüksək pilləsində yer alıb.
Qeyd edək ki, “Qalatasaray” klubu UEFA Avropa Liqasının əsas mərhəlisinin VI turundan sonra 12 xalla turnir cədvəlinin 6-cı sırasında qərarlaşıb.
Musiala Havertz və Virtsi qabaqlayıb “Yuventus”da Vlahoviç problemi Mbappenin durumuna aydınlıq gəlib "Sabah"ın sabiq baş məşqçisi iki oyunluq cəzalandırılıb “Palmeyras”ın gənc ulduzu Avropa yolunda
