Icma.az
close
up
RU
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər Şahbaz Xuduoğlu

“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər Şahbaz Xuduoğlu

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Qanun” Nəşriyyatı ilə tərcüməçilik sahəsində əməkdaşlıq edənlər zəhmət haqlarının düzgün hesablanmamasından gileylidirlər. Jurnalist, redaktor və tərcüməçi Arzu Qazıyeva, ardınca tarixçi Yadugar Sadıqlı “Qanun” nəşriyyatı ilə işbirlikləri zamanı ödənişlərinin əksik hesablanmasından narazılıq ifadə ediblər. Və sosial şəbəkə istifadəçiləri arasında da bu məsələdə həmin şəxslərlə həmrəylik nümayiş etdirənlər az deyil. Hətta çoxdur da. 

Narazılıqlar nə dərəcədə əsaslıdır? “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi:

- Nəşriyyata gələndə Arzu xanımı qapıda gördüm, kitablara baxırdı, hal-əhval tutdum, kefini soruşdum. Gördüm narahatdır. Dedim gedək otağa, söhbət edək. Soruşdum, niyə narahatdır, dedi ki, qonorarından kəsilib. Mən də dedim ki, bildiyim qədər sizin qonorar ödənib axı. Dedi, yox, kəsilib. Mən də tərcümə ilə bağlı durumumuzu danışdım, təcrübəli bir xanımdır, səmimi söhbət etdik. Sonra gördüm status paylaşıb ki pulunu kəsiblər. Mən də mühasibatlıqdan maraqlandım, onun ödənişlərinini əvvəl 5, sonra 6 manatdan hesablandığını mənə bildirdilər. Özünə də dedim ki, sizə ödəniş olub axı, nəyə etiraz edirsiniz? Dedi, yox, son razılaşma 7 manatdan olub. Dedim, baxarıq vəziyyətə uyğun hərəkət edərik. Tərcümə məsələləri ilə bağlı koordinatorla danışdım, sonradan ona əlavə 1 manatdan da hesablandı və ödəndi. Bilirsiz, müəssisə daxilində bu cür anlaşılmazlıqların olması təbiidir, amma bunun sosial şəbəkədə müzakirəyə çıxarılması qeyri-təbiidir. Qoy hər kəs öz vicdanına uyğun desin. 

Yadigar Sadıqlıya gəlincə, o, yaxşı tərcüməçidir. Bir, iki kitab ona tərcümə etdirmişik. Bəzən soruşuram, Yadigar bəy niyə tərcümə etmir daha, çünki həqiqətən yaxşı tərcüməçidir. Mən müəssisə rəhbəri olaraq istəyərəm narazılıqlar, maliyyə məsələləri mənə gəlib çatmamış həll edilsin. Biz geniş tərkiblə əməkdaşlıq edirik. Görünür, şəffaf əməkdaşlığı hər kəs həzm edə bilmir. Belə çıxır, daha mobil tərcümə qrupunun yaradılmasına ehtiyac var, nəinki müraciət edən hər kəsi qəbul etmək. Müraciət edirlər, baxıram, kimsə işsizdir, jurnalistdir, yazıçıdır, yaxud yrayonda yaşayır, başqa imkanı yoxdur. Deyirəm iş verin, işləsin, qazancı olsun. Əvvəlcə işlər yaxşı gedir, sonra narazılıq yaranır. Bəzən insanın yaxşı, xeyirxah hərəkəti özünə qarşı çevrilmiş olur. Mən özümü müdafiə etmirəm. Sadəcə, istəyirəm həqiqət olduğu kimi görünsün hər kəs tərəfindən.  

Ş.Xuduoğlu bildirdi ki, “Qanun”a qarşı qərəz var: 

- Bunu görürəm. Elə yalnız bizə qarşıdır. Amma hamıya yaxın olan yenə də “Qanun”dur. Hər kəsin ərki keçən nəşriyyatdır. Hər kəsin üzünə qapısını açan “Qanun”dur. Amma yenə də “Qanun”u pisləyirlər, “Qanun” tənqid olunur. Amma yenə də “Qanun” hamıya qucaq açır. Başqa yerləri varsa, getsinlər. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 May 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri