Qarabağ “DOST Evi”ndə “SİMA missiyası” adlı texnoloji nağıl kitabının imza günü olub
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsində “SİMA missiyası” adlı texnoloji nağıl kitabının imza günü keçirilib. Tədbir “AzInTelecom” MMC və Azərbaycan Uşaq Fondunun birgə təşəbbüsü ilə hazırlanmış, uşaqlar üçün texnologiya və rəqəmsal savadlılıq mövzularını əhatə edən “SİMA missiyası” nağıl kitabının təqdimatına həsr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imza günündə Azərbaycan Uşaq Fondunun sədri, eyni zamanda, kitabın həmmüəllifi Zəhra Bədəlbəyli, “AzInTelecom” MMC-nin nümayəndələri, eləcə də Qarabağ “DOST Evi” şöbəsinin benefisiarları iştirak ediblər. Qonaqlar kitabın ideya məzmunu, uşaqlarda texnologiyaya marağın artırılması, rəqəmsal bacarıqların erkən yaşlardan formalaşdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, “SİMA missiyası” uşaqların texnoloji biliklərini nağıl dili vasitəsilə daha asan və maraqlı şəkildə qavramalarına imkan yaradır.
Sonda kitabın müəllifi Zəhra Bədəlbəyli tərəfindən imzalanmış “SİMA missiyası” nağıl kitabları benefisiarlara təqdim olunub.
Baxış sayı:105
Bu xəbər 21 Yanvar 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















