Icma.az
close
up
RU
“Qarabağ” “Şamaxı”ya da uduzdu

“Qarabağ” “Şamaxı”ya da uduzdu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1/4 final, ilk oyun
Şamaxı – Qarabağ 2:1 (2:0)

Şamaxı: 1. Rikardo Fernandes, 82. Rüfət Abbasov, 44. David Santos, 4. Sezar Enrike, 5. Arsen Ağcabəyov (k), 7. Edqar Adilxanov (8. Alfons Msanqa, 71), 13. Rikardo Apolinario, 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 82), 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 71), 9. Karim Rossi (10. Andrey Tırkovyanu, 82), 11. Dioqo Balau (19. Abdullahi Şuaybu, 87).
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 21. Bilal İsmayılov, 48. Ramiz Muradov, 14 Ravil Qafarov.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ (Ağdam): 97. Fabian Buntiç, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov (k), 3. Sami Mmae, 18. Dani Bolt, 20. Kadi Borges (8. Marko Yankoviç, 61), 32. Hikmət Cəbrayılzadə (9. Xoni Montiel, 61), 77. Ramil Şeydayev (10. Abdulla Zubir, 61), 11. Emmanuel Addai (15. Leandro Andrade, 61), 21. Aleksey Kaşuk (17. Kamilo Duran, 61), 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Kris Kuaku, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.
Qollar: K.Rossi, 26 (1:0). K.Rossi, 42 (2:0). M.Qurbanlı, 78 (2:1).
Vərəqələr: K.Rossi, 13 (qeyri-idman hərəkəti). M.Qurbanlı, 45 (qeyri-idman hərəkəti). O.Məmmədov, 77 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov (hamısı Bakı).
VAR hakimi: Rauf Cabbarov (Bakı).
VAR hakiminin köməkçisi: Emin Əliyev (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
5 fevral. Şamaxı. Şəhər stadonu. 1200 tamaşaçı (2200 yerlik).
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
2026-da çıxdığı 4 rəsmi oyunun ikisində uduzan “Qarabağ” bu dəfə “Şamaxı”nın qonağı idi. Qurban Qurbanov yenə meydana optimal heyət buraxmamışdı. Oyunun əvvəlindən sonuna kimi sıx duman stadionun üzərindən çəkilmədi. Bu məqam oyunun keyfiyyətinə böyük zərər vurdu. Futbolçular və stadionda olan azarkeşlər ilə yanaşı, televiziya tamaşaçıları da meydanda yaşananları ayırd etməkdə çətinlik çəkdi.

Elə ilk dəqiqədə Edqar qol vurmağa yaxın oldu. Onun iti bucaq altından zərbəsini Buntiç dəf etməyi bacardı. 9-cu dəqiqədə Kaşuk baxımlı zərbə ilə qol vura bilərdi. Lakin Rikardo inamlı oynadı. Ümumiyyətlə, bu oyunda hər iki qapıçı çox yaxşı çıxış etdi. 4 dəqiqə sonra qonaqlar yenidən qola yaxın oldu. Toralın asmasından sonra Ramilin başla zərbəsi çox yaxşı alındı. Lakin Rikardo çox çətinliklə də olsa, bu zərbəni çıxarmağı bacardı. 18-ci dəqiqədə isə Rikardonun həmkarı diqqətəri üzərinə çəkməyi bacardı. Bir həmlədə Abdullanın ötürməsini, Balaunun qüvvətli zərbəsini çıxara bildi. 26-cı dəqiqədə isə hesab açıldı. Apolinarionun baxımlı ara ötürməsindən sonra Rossi qapıçı ilə üzbəüz qalsa da, soyuqqanlı şəkildə topu qapıdan keçirməyi bacardı, qol sevinci zamanı oyuna televiziyadan baxan qızına mesaj göndərdi. Ev sahibləri hesabda öndə olsa da, yenə rəqibə təzyiq göstərirdi. Sanki rəqib “Qarabağ” yox, “Karvan-Yevlax” idi. 41-ci dəqiqədə Abdulla məhsuldar ötürmə ilə yadda qaldı. Topu qəbul edən Rossi isə tablodakı hesabı dəyişdi - topu qapıdan keçirməyi bacardı.
Hissənin sonlarına qədər başqa təhlükəli, yaddaqalan epizod olmadı. Hətta ikinci hissə başlayanda da. Dumanın hərdən artıb, hərdən azalması da oyuna təsirsiz ötüşmürdü. İkinci hissənin ilk 20 dəqiqəsində meydanda maraqlı nəsə baş vermədi. 61-ci dəqiqədə Qurban Qurbanov “ağır artilleriyanı” - Zubir, Andrade, Addai, Duran, Montiel “beşliy”ini “döyüşə atdı”. Lakin onlar da fərq yarada bilmədi. 67-ci dəqiqədə Montiel uzaqdan zərbə endirdi, amma heç bir təhlükə yaratmadı. 78-ci dəqiqədə isə “köhlən atlar” fərqi azaltmağa nail oldu. Toralın cinahla irəliləyəndən sonra verdiyi ötürməni Musa qolla tamamladı. Son dəqiqələrdə də “Qarabağ” təşəbbüsə malik idi. Lakin ağdamlılar nə qol vura bildilər, nə də təhlükə yaratdılar.
Beləliklə, bu il 5-ci rəsmi oyunda 3-cü məğlubiyyətini alan “Qarabağ” yarımfinal istəyini Bakıya saxladı.
Gözdən qaçmadı
// Buraxılan ikinci qoldan sonra “İmarət Tayfa” “Koxalski, Koxalski” qışqırdı.
// Qolu elan edən diktor isə “hesab “iki nol” oldu” dedi.
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Fevral 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri