Qarabağ və Marko Yankoviç çempionatda ötürmə dəqiqliyinə görə liderdir
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 90 dəqiqə ərzində ən çox dəqiq ötürmə müəllifi olan futbolçular bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib.
"Qarabağ"ın futbolçusu Marko Yankoviç birinci pillədə qərarlaşıb. Yarımmüdafiəçinin 90 dəqiqə ərzində orta hesabla 69,23 ötürməsi hədəfə çatıb ki, bu da 89 faizlik dəqiqliyə bərabərdir.
Ağdam təmsilçisinin sabiq oyunçusu Sami Mmae (68,26: 91 faiz), "Zirə"dən İsmayıl İbrahimli (64,99: 91 faiz), "Qarabağ"dan Bədavi Hüseynov (63,43: 93 faiz), "Zirə"dən Ange Mutsinzi (62,73: 90 faiz) növbəti sıralarda yer alıblar.
"Qarabağ" (480,80: 86 faiz) komandası dəqiq ötürmə sayında liderdir. Növbəti mövqelərdə "Zirə" (432,56: 85 faiz), "Sabah" (411,23: 85), "Neftçi" (379: 84 faiz), "Araz-Naxçıvan" (377,55: 84 faiz), "Sumqayıt" (377,13: 85 faiz), "Qəbələ" (338,74: 82 faiz), "Turan Tovuz" (301,54: 79 faiz), "Kəpəz" (387,33: 79 faiz), "İmişli" (271,65: 76 faiz), "Karvan-Yevlax" (260,06: 78 faiz) və "Şamaxı" (243,92: 76 faiz) qərarlaşıblar.
Xatırladaq ki, Azərbaycan çempionatında yeni mövsümə avqustda start veriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 01 İyul 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















