Qarabağdakı bu məktəblərdə ilk dəfə Bilik Günü qeyd olunur FOTOLAR
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
15 sentyabr 2026-cı il tarixində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində ilk dəfə Bilik Günü qeyd olunur.
Moderator.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.
Belə ki, yeni tədris ilinin ilk günü aşağıdakı məktəblərdə ilk dəfə Bilik Günü keçirilir:
• Ağdərə rayonu Aşağı Oratağ kənd tam orta məktəbi
• Ağdam şəhər 1 nömrəli tam orta məktəbi
• Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbi
• Xocavənd rayonu Qırmızıbazar qəsəbə tam orta məktəbi
• Xocavənd şəhəri 1 nömrəli tam orta məktəbi
• Xocalı rayonu Təzəbinə kənd tam orta məktəbi
• Xocalı rayonu Xanyurdu kənd tam orta məktəbi
Bu əlamətdar hadisə işğaldan azad edilmiş ərazilərdə təhsil infrastrukturunun bərpası və Böyük Qayıdış çərçivəsində təhsil həyatının davamlı şəkildə təşkilinin mühüm göstəricisidir.
Qeyd edək ki, Qarabağ Regional Təhsil İdarəsi üzrə işğaldan azad edilmiş ərazilərdə 19 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Sentyabr 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















