Icma.az
close
up
RU
“Qarabağdakı keçmiş erməni liderlər fəallaşırlar və...” Politoloqdan MÜHÜM açıqlama

“Qarabağdakı keçmiş erməni liderlər fəallaşırlar və...” Politoloqdan MÜHÜM açıqlama

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarabağdakı keçmiş erməni liderlər fəallaşırlar. Yayılan məlumatlara görə Robert Koçaryan Ermənistanda N. Paşinyanı devirmək üçün Rusiya ilə aktiv əlaqələrə keçib.

Dünən isə V.Balasanyan Kremlə 9 may ərəfəsində  müraciət edərək ermənilərin rusların tarixində əhəmiyyətli rol oynadığını və Qarabağ ermənilərinin qayıdışına kömək istəyib. Balasanyan, məktubunda Qarabağ ermənilərinin hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məsələlərini gündəmə gətirib.

Yenisabah.az  xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

O əlavə edib ki, vaxtilə Qarabağdakı həmkarlarını yolda qoyaraq İrəvana qaçan Balasanyan bu müraciəti ilə nə qədər alçaq və şərəfsiz olduğunu bir daha göstərib:

“O, Şahramanyan kimi, özünü təhlükəsiz hiss edən kimi ambisiyalarını bir daha üzə çıxartmağa başlayıb. Yeri gəlmişkən, Rusiyada yaxşı bilməlidirlər ki, ermənilərin onlara tarixən heç bir köməkliyi dəyməyib, əksinə haylar əldə etdiklərinin əksəriyyətində onlara borclu olmalıdırlar. Bir sözlə,  Balasanyan manipulyasiya ilə məşğuldur”.

Politoloq qeyd edir ki, Köçəryan və Balasanyanın fəallaşması, Ermənistanın daxili siyasətinin yaxın 2 ildə  gərgin keçəcəyinə dəlalət edir:

“Tezliklə seçkilərin yaxınlaşdığını nəzərə alsaq Rusiyanın vurğu edəcəyi siyasətçinin kim olacağı Ermənistan daxilində intriqanı artırır.  Ermənistan daxilində Paşinyana dəstək daha çox olsa da, sirr deyil ki, xarici qüvvə amili zəif dövlətçiliyi olan cəmiyyətlərdə vacib faktorlardandır. Erməni cəmiyyəti, Koçaryan və Sarkisyanın hakimiyyət dövründəki mənfi təcrübələrini unutmayıb və bu fiqurlara qarşı etimadsızlıq mövcuddur. Lakin Qarabağ ermənilərinin əksəriyyəti ilə bağlı sorğular aparılmayıb.

Robert Köçəryan 2025-ci ildə Ermənistanın sabiq prezidenti olaraq, ölkənin daxili siyasətində aktivliyini artırıb. Onun fəallaşması, xüsusilə Nikol Paşinyanın rəhbərliyi ilə əlaqədar müxalifət mövqeyinin gücləndirilməsi məqsədini güdür. Koçəryan Paşinyanın rəhbərliyini tənqid edərək, ölkənin təhlükəsizlik və iqtisadiyyat sahələrindəki problemləri gündəmə gətirir. Bu fəallaşma, Ermənistanın siyasi mənzərəsində yeni müxalifət hərəkatlarının yaranmasına səbəb ola bilər.

Rusiya və Ukrayna arasında bu il müharibənin bitəcəyi ehtimalının yüksəkliyi fonunda Ermənistanda vəziyyətin gərginləşəcəyinə heç bir şübhə yoxdur. Bu isə avtomatik Bakı və İrəvan arasındakı danışıqlara da təsir edəcək. Vaxt daralır”./Musavat.com


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri