Icma.az
close
up
RU
QARABAĞIMIZIN XİLASKAR OĞLU Ümid Qasımzadə 19 yaşında qəhrəmanlıqla şəhadətə qovuşub

QARABAĞIMIZIN XİLASKAR OĞLU Ümid Qasımzadə 19 yaşında qəhrəmanlıqla şəhadətə qovuşub

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümid İlqar oğlu Qasımzadə İkinci Qarabağ müharibəsində Vətənin yaşaması naminə sinəsini ona sipər edəndə ömrünün 19-cu ilini yaşayırdı. Cəlilabad rayonu, Göytəpə şəhərində dünyaya göz açan Ümid yaşının bu az ilində yazdığı şanlı tarix ilə  bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrilərək milyonların ürəyinə köçübdür.  Dövlət tərəfindən də odlu-alovlu müharibədə göstərdiyi fədakarlığa, mərdliyə yüksək qiymət  verilib. Ölümündən sonra  “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”,   “Füzulinin azad olunmasına görə” medallarla təltif edilib.

Qarabağımızın xilaskar oğlu  Ümid  özünü dərk  edəndən doğma Azərbaycana,  dövlətinə və xalqına  ürəkdən bağlanıb.  Səmimiyyəti, yüksək əxlaqı, insanpərvərliyi onun Vətənə layiqli övlad olmasından xəbər verib. 2020-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlov adına Göytəpə şəhər 1saylı tam orta məktəbi bitirəndə, eləcə cəmiyyətdə yaxşı idmançı kimi də ad qoymuşdu. Belə ki, o, məktəbdə oxuduğu zaman  idmanın ağır atletika  növünə maraq göstərib,  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də  məşq edib. Cəlilabadlı atletin uğurlarına gəldikdə isə  müxtəlif vaxtlarda Respublika və beynəlxalq səviyyəli yarışların iştirakçısı və mükafatçısı olub. Belə ki,  gənclər arasında Azərbaycan çempionatında 2019 və 2020-ci  illərdə gümüş medallarla pərəstişkarlarını  sevindirib.

Bir qayda olaraq haqsızlığa, ədalətsizliyə qarşı olan Ümid  erməni dığaların  Qarabağımızın işğalına  heç cür döz bilməyib. Elə  ordu sıralarına da düşməndən qisas almaq məqsədilə gedib.  Xidmət zamanı fəallığı, nizam-intizam ilə seçilib. Təmiz ürəkli, vicdanlı, qeyrətli gənc komandirlərin verdiyi tapşırıqları  vaxtında, dəqiq yerinə yetirib, Vətənini göz-bəbəyi kimi qorumaqla uğrunda canını, qanını  belə fəda etməyə hər an hazır olub.

Ümid Qasımzadə həqiqi hərbi xidmətdə olanda  Vətən müharibəsi başlanıb. İgid əsgər ilk gündən ölüm-dirim  savaşına  qatılıb. Vətən, torpaq sevgisindən güc alan Ümid  döyüşdən –döyüşə  dığalara ciddi itkilər verib.  Həm də mərdliyi, qəhrəmanlığı  onunla çiyin-çiyinə döyüşən əsgərlərdə qələbəyə inam yaradıb. Oktyabrın 13-də Füzulinin  azadlığı uğrunda tarix yazan Ümid  özü də qəfil  atılan yağı gülləsinə tuş gəlib. Son nəfəsdə də “Vətən” deyib şəhadətə qovuşub.

Bəli,  Azərbaycan  və dünya hərb  tarixinə  qızıl hərflərlə  yazılan 44 gülük haqq savaşımızda  Ümid kimi igidlərin qanı bahasına  Qarabağımız 30 ildən sonra azad  olundu, mənliyimiz və  kimliyimiz bütün millətlərə bilindi...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Fevral 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri