“Qarabağ”ın almaq istədiyi mücəvhəri tanıyın! torba torba qollar və qüsursuz intizam...
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Görünür, “Qarabağ” qış “transfer pəncərəsi”ndə legioner hücumçu problemini aradan qaldırmaqda israrlıdı. Ona görə ki, “köhlən atlar” ötən ilin yayında heyətinə qatmaq istəsə də, keçidi baş tutmayan Andre Klovislə danışıqları bərpa edib.
“Football-plus.az”ın məlumatına görə, braziliyalı futbolçunun 28 yaşı var. O, hazırda Portuqaliyanın 2-ci liqasında çıxış edən “Akademik Vizeu”nun formasını geyir. 2023-cü ilin yayından bu komandanın şərəfini qoruyan futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.
“Transfermarkt”a görə, Klovisin bazar dəyəri 2 milyon avrodu. İş ondadı ki, klubu onu 3 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Hazırda transferin reallaşması yolunda yeganə əngəl məhz maliyyə məsələsidi.
Bəs, Klovisə görə bu qədər inad etməyə dəyərmi? Heç şübhəsiz, bəli! O, cari mövsümdə meydana çıxdığı 17 çempionat matçında 12 qol, 2 məhsuldar ötürmə müəllifi olub. İntizamlı futbolçudu: cəmi 2 sarı vərəqə görüb. Andre 2024/25 mövsümünü də qənaətbəxş keçirib: 33 matç, 7 qol, 5 məhsuldar ötürmə. 186 sm boya malik mərkəz hücumçusu Braziliya “İnternasyonal”ın yetirməsidi. Karyerası ərzində həm də Portimonense”, “Leyşoyns” və “Eştoril”in formasını geyib.
Öz aramızdı, Klovisi transfer etməyin tam zamanıdı. Hər halda, 2026-cı ilin ilk aylarında üç yarışda qüvvəsini sınayacaq “Qarabağ”a çoxlu qol lazım olacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 15 Yanvar 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















