Icma.az
close
up
RU
“Qarabağ”ın legioneri: “Qurbanov hörmət edilən liderdir və ondan çox şey öyrənirəm”

“Qarabağ”ın legioneri: “Qurbanov hörmət edilən liderdir və ondan çox şey öyrənirəm”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Pedro Bikalyonun Futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın bu yay heyətinə qatdığı yeni transferlərdən birisiniz. Adaptasiya prosesiniz necə keçir? Kollektivə və komandanın oyun üslubuna tam uyğunlaşmağınız üçün sizə nə qədər vaxt lazım olacaq?

– Adaptasiya prosesi çox pozitiv keçir. Həm futbolçular, həm də məşqçilər – ümumilikdə klub məni çox yaxşı qarşıladı. Təbii ki, hər adaptasiya müddət tələb edir, xüsusilə də komandanın bütün taktiki detallarını başa düşmək üçün. Amma inanıram ki, doğru yoldayam. Məşqdən-məşqə, oyundan-oyuna özümü daha rahat hiss edirəm. Düşünürəm ki, çox qısa zamanda tam uyğunlaşacağam.

– Avstriya toplanışında keçirdiyiniz 4 yoxlama oyunundan 3-də məğlub oldunuz. Düzdür, yoxlama matçlarında nəticə önəm daşımır. İstənilən halda, bu nəticələr sizdə narahatlıq yaradırmı?

– Xeyr, bu məni narahat etmir. Bilirik ki, yoxlama oyunları əsasən taktiki quruluşları yoxlamaq, oyunçuların bir-birinə uyğunlaşmasını artırmaq və oyun ritmini bərpa etmək üçündür. Əlbəttə, qalib gəlmək istərdik, amma əsas məqsəd rəsmi oyunlara tam hazır olmaqdır. Biz də bu istiqamətdə çalışırıq və inkişaf edəcəyimizə əminik.

– “Qarabağ” Çempionlar Liqasında mübarizəyə 2-ci təsnifat mərhələsindən start verəcək. Növbəti mərhələyə adlamaq şansınızı necə dəyərləndirirsiniz?

– Mən komandamıza çox inanıram. Bilirik ki, Çempionlar Liqasının oyunları rəqibdən asılı olmayaraq, hər zaman çətindir. Amma “Qarabağ” bu turnirdə təcrübəsi və ənənəsi olan bir klubdur. Fəaliyyət və konsentrasiya ilə biz növbəti mərhələyə keçmək üçün bütün şanslara malikik.

– Ötən mövsüm Avropa Liqasının Liqa mərhələsinə qədər irəliləmiş və həmin mərhələdə sonuncu olmuş “Qarabağ” bu mövsüm avrokuboklarda daha yaxşı nəticəyə imza ata biləcək?

– Bəli, buna inanıram. Klub hər beynəlxalq təcrübədən dərs çıxarır. Bu mövsüm heyət daha güclüdür və komanda daha da yetkinləşib. Bu da bizə daha stabil və rəqabətədavamlı çıxış etməyə imkan verəcək. Məqsədimiz həm “Qarabağ”ı, həm də Azərbaycan futbolunu Avropada layiqincə təmsil etməkdir.

– Baş məşqçi Qurban Qurbanov haqda ilkin təəssüratınız necədir? O, buvaxtadək çalışdığınız məşqçilərdən nə ilə fərqlənir?

– Çox ağıllı məşqçidir, klubu yaxşı tanıyır və aydın taktiki baxışa malikdir. İntizamı, yüksək tempdə oyunu və təşkilatçılığı sevir. Məni ən çox təəccübləndirən odur ki, həm fərdi, həm də kollektiv şəkildə oyunçulardan maksimumu ala bilir. Çox hörmət edilən bir liderdir və mən ondan çox şey öyrənirəm.

– “Qarabağ”da buvaxtadək xeyli sayda braziliyalı futbolçu çıxış edib və etməkdədir. Sizcə, Qurban Qurbanovun “sambaçılar”a üstünlük verməsinin səbəbi nədir?

– Düşünürəm ki, bu, braziliyalı oyunçuların tez uyğunlaşması, texniki baxımdan keyfiyyətli olması və rəqabətçi ruhu ilə bağlıdır. Baş məşqçi bu xüsusiyyətləri oyun fəlsəfəsinə uyğun şəkildə istifadə etməyi bacarır. Eyni zamanda, klubun mühiti bu uyğunlaşmanı daha da asanlaşdırır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 İyul 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri