“Qarabağ”ın sabiq kapitanı: Avropa Liqasının yeni formatı Ağdam klubu üçün təcrübə oldu AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 yanvar, AZƏRTAC
“Avropa Liqasının yeni formatı “Qarabağ” üçün təcrübə oldu”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev keçmiş komandasının Avropa Liqasının əsas mərhələsindəki çıxışı barədə danışarkən deyib.
Veteran futbolçu Ağdam klubunun qarşıdakı mövsümlərdə Avropa yarışlarında daha yaxşı mübarizə aparacağına inandığını bildirib: “Yeni formatda daha çox komanda ilə qarşılaşırsan. Bu da analiz ediləcək rəqiblərin sayının artması deməkdir. Məşqçilər korpusuna çox yük düşür. Əvvəl qrup mərhələsində 3 komandanı izləyirdinsə, indi 8 kollektivə baxmaq məcburiyyətində qalırsan. Bir qələbəmiz olsa da, futbolçular bütün matçlarda layiqli mübarizə apardılar”.
Sabiq kapitan “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsində FKSB (Rumıniya) və “Olimpiakos”la (Yunanıstan) keçiriləcək oyunlara da toxunub: “Şanslar əlli-əlliyədir. Düzdür, yanvarın 23-də qarşılaşacağımız FKSB “Tottenhem” deyil, ancaq onlar da Avropada yaxşı təcrübəyə sahibdirlər. Real danışsaq, şanslar az görünür, lakin yeni formatda qazandığımız təcrübə “Qarabağ”a çox kömək olacaq”.
Qeyd edək ki, Qurban Qurbanovun kollektivi yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda Rumıniyanın FKSB komandasını qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 16 Yanvar 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















