Qaraciyər köçürülən Elvin Ağayev yenidən xəstəxanalıq oldu FOTO
Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aktyor Elvin Ağayevin səhhətində yenidən problem yaranıb.
Gununsesi.info xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
Xəstəxanadan foto paylaşan Elvin bu sözləri yazıb:
“Yenə də xəstəxanada…. Xəstəxanaya gələndə həm pis oluram, həm də yaxşı… Pis oluram ki, canım ağrıyır. Yaxşı təsir edir, ona görə ki, 3 il bundan əvvəl Allahıma bu yataqda daha da yaxın oldum, onunla danışdım, onunla dərdləşdim, ondan bağışlanmaq istədim. Mənə şans verdi. İndi hər dəfə bir problemim olanda, xəstəxanaya yatmağa gələndə elə hiss edirəm ki, rəbbim məni danışmağa çağırır. Allahımın verdiyi hər sınağa şükür olsun”.
Qeyd edək ki, Elvin qaraciyər sirrozundan əziyyət çəkirdi. Ona bacısı donor olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 29 Mart 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















