Icma.az
close
up
RU
Qarşıdurmadan Konstruktiv Dialoqa: Azərbaycanın yeni siyasi modeli

Qarşıdurmadan Konstruktiv Dialoqa: Azərbaycanın yeni siyasi modeli

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

“Dəfələrlə qeyd etmişəm, müxalifət dövlətin siyasi dayaqlarını möhkəmləndirmə vəzifəsini daşıyan bir sistem olmalıdır. Azərbaycanı Zəfər ölkəsinə çevirmək üçün yeni siyasi sistemə daxil olmaqla, ölkəmizin müasir şəraitinin tələblərinə uyğun gələn siyasi modelə ehtiyacı var idi və İlham Əliyev həmin modeli yaratdı. Humanizm prinsiplərinə söykənən konstruktiv dialoq mühiti yaratmaqla siyasi sabitlik və davamlı inkişaf prioritet olaraq qəbul olundu”. 

Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.

Onun sözlərinə görə, müasir dövrdə bəlli oldu ki, sabitlik yalnız rəqabətlə deyil, həm də əməkdaşlıq, qarşılıqlı hörmət mədəniyyəti ilə möhkəmlənə bilir:

“Bu baxımdan, humanizm prinsiplərinə əsaslanan konstruktiv dialoqa təşviq edən yeni siyasi modelimiz iqtidar, müxalifət və xalq arasında yeni mərhələnin yaranmasını nəzərdə tuturdu. Beləliklə, biz bu sistemi yaratdıq. Və bu siyasi modelin əsas ideyası siyasi qüvvələrin bir-birinə düşmən deyil, fərqli baxışlara malik tərəfdaş kimi qəbul olunmasıdır. Təbii ki, iqtidar bu prosesdə ciddi məsuliyyət daşıyır, çünki dövlətin inkişaf strategiyasına və idarə edilməsinə cavabdehdir. O məsuliyyətin arxasında dövlət və dövlətçilik durur”. 

Politoloq bildirib ki, Müxalifət isə sağlam alternativ ideyalar ilə siyasi sistemi möhkəmləndirə, ölkənin siyasi dayaqlarını gücləndirən təklif və ideyalara töhfə verməlidir:

“Yaranan siyasi sistemin ayrılmaz hissəsi olaraq dövlətə və dövlətçiliyimizə xidmət göstərməliyik. Bu siyasi modeli qururuq. Xalqımız bu münasibətlərin mərkəzində dayanaraq hadisələri izlədi, nəzarət etdi, tərəqqini və tənəzzülü müdafiə edənləri aşkarladı, tərəqqiyə, humanizmə, konstruktiv mövqeyə və müdrikliyə müdrikcəsinə etimad göstərdi. Bu siyasi prosesin mahiyyətini, fəlsəfəsini dərk edənlər həmin yeni modelə daxil oldu, dəstəklədi və ölkədə siyasi etimadı, ictimai modeli gücləndirdi. Dövlət idarəçiliyində şəffaf və səmərəli qərarların qəbul olunması, müxtəlif siyasi baxışları dinc və hüquqi müstəvidə həll etməklə milli maraqlar ətrafında daha geniş siyasi konsensusun formalaşdırılması, daxili sabitliyin və uzunmüddətli inkişaf üçün yaradılan mühitin möhkəmləndirilməsi ilə fundamental konseptual model konsepsiyası ərsəyə gəldi. Bu, Azərbaycan modelidir. Bunun arxasında milli-mənəvi dəyərlər, keçmişi unutmadan gələcəyə böyük işıq saçan milli ideologiya ortaya qoyuldu.Bütün bunlar cəmiyyətin inkişafı naminə, xalqımızın rifahı naminə, dövlətimizin qüruru naminə həyata keçirildi. Fərqli baxışlar hamının qəbul etdiyi dövlətçiliyə xidmət yolunda uzlaşdı. Ölkədə hüquqi və siyasi sistem fərqli baxışları dövlətin və cəmiyyətin ortaq məqsədlərinə xidmətə hədəfləyən yeni bir sistem nəzəriyyəsinə nail oldu. Təəssüflər olsun ki, bu prosesdə öz düşmənçiliyini davam etdirən satqın tiplər və yeni modelə müxtəlif variantlardan istifadə edərək özünü daxil edən, lakin ayaqaltı qazanlar, vaxtilə öz "siyasi müəllimləri" tərəfindən üfürülüb şişirdilən, əslində isə çox kiçik və cılız olanlar da var. Amma artıq siz tanınırsınız, görünürsünüz. Çox kiçik və cılız olduğunuz xalqa bəllidir. Onlarla xalq məşğul olur, olacaq da”. 

R.Hüseynov deyib ki, dövlətimizin, bu vətənin, şanlı Azərbaycanın xidmətində durmaq ən şərəfli bir peşədir:

“O peşənin yeni akademiyasını yaradan möhtərəm Prezidentə təşəkkürlər. Bu, heç də asan başa gəlməyib, çoxlu əziyyət hesabına başa gəlib. Bu akademiya hamının üzünə açıqdır. Amma ora daxil olmaqla deyil, orada Vətən və dövlət üçün yazılan siyasi kitablara, nəzəriyyələrə yiyələnmək, onlara töhfə vermək lazımdır.O siyasi nəzəriyyələri təcrübəyə çevirən, həmin akademiyada böyük əziyyət və fədakarlıq göstərən bütün şəxslərə, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışan hər kəsə, hüququn aliliyini təmin edən, qanunun keşiyində qətiyyətlə dayanan, satqın və xəyanətkarları layiqli cəzaya məhkum edən hüquq-mühafizə orqanlarına, bu yolda zəhməti olan bütün dövlət qulluqçularına, təhlükəsizlik və asayişin qorunması üçün gecə-gündüz xidmət göstərən əməkdaşlara, ölkəmizin inkişafı və dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətə görə möhtərəm Prezident cənab İlham Əliyevə səmimi təşəkkürlər.Hər şey Vətən, hər şey Azərbaycan üçün!”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://adalet.az
archiveBu xəbər 01 Avqust 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri