“Qarşılıqlı hava hücumları qısa müddət ərzində dayandırılmasa...”
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Rusiya-Ukrayna müharibəsini elə bir həddə çatdırıblar ki, artıq cəbhə döyüşlərindən daha çox qarşılıqlı şəkildə hava hücumları həyata keçirilir ki, bu da kifayət qədər ciddi bir məsələdir. Yəni cəbhə döyüşlərində müəyyən irəliləmələr qət edilə bilər. Amma tərəflər çox ciddi nəticə əldə edə bilmirlər. Rusiya Ukraynanı nəzarətə götürməli idi, amma götürə bilmədi. Bu ciddi bir məsələdir”.
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, Ukrayna da döyüşdə ciddi bir uğur əldə edə bilib:
“İşğal edilmiş ərazilərini geri qaytarıb və bu da araşdırılacaq bir məsələdir. Amma demək olar ki, son iki ildə hava hücumlarına kökləniblər. Xüsusilə də son üç ayda hava hücumları intensivləşib və daha çox strateji obyektlər hədəfə alınır. Düzdü, son iki ildə Moskva və Peterburq şəhərləri nəzərə alınmaqla Rusiyanın bir çox şəhərlərini Ukrayna dronları hədəfə alırsa, Moskva da Ukraynanın Kiyev kimi böyük şəhərlərini vurur. Amma son iki ayda Rusiyanın strateji obyektləri sıradan çıxarılır. Rusiya da bunun qarşılıqlı cavabını verir. Bu isə çox ciddi məsələdir. Əgər bu belə davam edərsə, hər iki ölkənin ciddi iqtisadi böhranı yaranması riski var. Hələ ki, onu indi ciddi hiss etmirlər. Amma bu digər təchizatlara keçəndə problemlərlə üzləşə biləcəklər. Gələcək üçün isə bu böyük böhran deməkdir. Bu baxımdan düşünürəm ki, qarşılıqlı hava hücumları qısa müddət ərzində dayandırılmasa, gələcəkdə hər iki ölkəni böhran halı gözləyir. Humanitar iqtisadi böhran ola bilər ki, bundan da müharibəsiz ölkələr belə ciddi zərər görə bilərlər”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 İyul 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















