Qaydaların onlara aid olmadığını düşünən moped və motosiklet sürücüləri VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Motosiklet və moped idarə edən sürücülərin qayda pozuntularına tez-tez rast gəlirik. Maraqlıdır ki, bu qəbildən olan sürücülər elə düşünür ki, qaydalar onlara aid deyil. Konkret olaraq zolaqla hərəkət etmir, avtobus zolağına çıxır, eyni zamanda təhlükəsizlik adacıqları, yol çiyinləri, hətta səkilərlə gedirlər. Nəticədə bir sıra ağır qəzalara səbəb olurlar.
Bir müddət əvvəl paytaxtın Yasamal rayonu Mətbuat prospektində hərəkətin təşkilində dəyişiklik edilib.
Avtosfer.az-ın məlumatına görə, sözügedən ərazidə sürücülərin rahat hərəkəti üçün təhlükəsizlik adacığı çəkilərək zolaqların sayı 2-yə azaldılıb. Belə ki, sağa dönən sürücülər artıq asanlıqla digər sürücülərə maneə olmadan hərəkət edə bilirlər.
Moped sürücülərindən biri sosial şəbəkə hesabında video paylaşaraq həmin ərazidə nişanlanma xəttinin tələbini pozaraq təhlükəsizlik adacığı ilə hərəkət etdiyini və buna görə cərimə edildiyini diqqətə çatdırıb. Görünür ki, qaydaların moped və motosiklet sürücülərinə “aid olmadığını” düşənən şəxs öz həmkarlarına xəbərdarlıq etməklə onları da eyni qayda pozmaqdan çəkindirməyə çalışıb.
Bəzi moped və motosikler sürücülərinin düşündüyünün əksinə olaraq İnzibati Xətalar Məcəlləsində qaydalar “nəqliyyat vasitələri”nə tətbiq edilir. Yəqin ki, bir sıra sürücülər idarə etdikləri vasitənin hansı kateqoriyaya aid olduğundan xəbərsizdir. Eyni zamanda moped və motosiklet sürücüləri üçün də qanunvericilikdə qaydalar müəyyən olunub. Məsələn dəbilqədən istifadə etmək. Bunun üçün Yol Hərəkəti Haqqında Qanunu və İnzibati Xətaalar Məcəlləsini arabir vərəqləmək və xəbərdar olmaq lazımdır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 20 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















