Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

Qayıdış hüququ və dekolonizasiya

Qayıdış hüququ və dekolonizasiya

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın beynəlxalq hüquqi mübarizəsinin növbəti mərhələsi

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun Nyu-Yorkda təşkil etdiyi “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransı Azərbaycanın onilliklərlə davam edən haqlı tələbini beynəlxalq hüququn tanınmış kateqoriyalarına — dekolonizasiya, öz müqəddəratını təyinetmə, etnik təmizləmə, mədəni irsin qorunması — uyğunlaşdırır və bununla da məsələni “ikinci dərəcəli regional münaqişə” müstəvisindən çıxarıb qlobal ədalət gündəliyinə köçürür.

Siyasət elmində bir qayda var: kim gündəmi müəyyən edirsə, müzakirəni də o idarə edir. Ermənistanın illərlə əsaslandığı arqument — “bu, keçmişin məsələsidir, artıq aktual deyil” — məhz gündəmin bu şəkildə dəyişdirilməsi ilə sıradan çıxarılır. Elə konfransın miqyası bunu göstərir: 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə, beynəlxalq təşkilat ekspertləri, diaspor və zərərçəkmiş icma təmsilçiləri konfransda iştirak edir.  Bir dövlətin haqlı işinə beynəlxalq tribuna qazanmaq isə siyasi kapitalın ən qiymətli formasıdır.

Konfrans çərçivəsində iştirakçıların qaldırdığı  şüarlar -“Qərbi Azərbaycan — qayıdış xeyriyyə deyil, hüquqdur”, “Ədalət qayıdış hüququndan başlayır”, “Qayıdış olmadan dekolonizasiya tamamlanmayıb”, “Müstəmləkəçiliyə son qoyulsun, tarixi ədalət bərpa edilsin”, “Öz müqəddəratını təyinetmə dekolonizasiyaya aparan yoldur”- bir siyasi tezisi təbliğ edir: Azərbaycan hüquq dilində danışır.

Çünki siyasi tələbi “rədd etmək” asandır, onun  üçün yalnız iradə lazımdır. Hüquqi tələbi rədd etmək isə əsaslandırma tələb edir, əsaslandırma isə beynəlxalq auditoriyada hər dəfə daha çətindir.

Dekolonizasiya bu gün beynəlxalq sistemdə tarixi məğlubiyyəti olmayan yeganə böyük siyasi kateqoriyadır. Heç bir dövlət açıq şəkildə “biz kolonializm tərəfdarıyıq” mövqeyini tuta bilməz; BMT Baş Assambleyasının 1960-cı il tarixli 1514 saylı Qətnaməsi qəbul edilərkən əleyhinə bir səs də olmamış, qərar 89 səsin lehinə, 9 bitərəflə keçmişdi.  

Dekolonizasiya çərçivəsi Azərbaycana da üç simvolik üstünlük verir: Birinci, bu, məsələni “iki qonşu arasında mübahisə” deyil, qlobal tarixi proses çərçivəsində tanıyır. İkincisi, bu proses Azərbaycanı “tərəf” tarixi ədalətin bərpa edildiyi prosesin iştirakçısı kimi mövqeləndirir. Üçüncüsü isə bu yanaşma müstəmləkəçi idarəetmə formalarının müasir dünyada davam etdirilməsinə qarşı formalaşmış beynəlxalq həssaslıqla əlaqə yaradır. Müasir beynəlxalq münasibətlərdə formal müstəmləkəçilik böyük ölçüdə aradan qalxsa da, onun irsi ətrafında mübahisələr davam edir. Öz müqəddəratını təyinetmə, ərazi bütövlüyü, siyasi təmsilçilik, məcburi köç və tarixi ədalət kimi anlayışların müxtəlif situasiyalarda necə tətbiq olunması hələ də beynəlxalq siyasətin mübahisəli məsələlərindəndir. 

Azərbaycanın diplomatik diskursunda dekolonizasiya mövzusunun aktuallaşdırılması məhz bu məqamda xüsusi əhəmiyyət qazanır. Dekolonizasiya dili Azərbaycanın daha geniş qlobal diskursa çıxışını təmin edən siyasi vasitələrdən birinə çevrilir. Bu diskurs vasitəsilə Bakı öz təcrübəsini postkolonial dövlətlərin, ərazi mübahisələri yaşayan ölkələrin və tarixi ədalət məsələlərini gündəmə gətirən digər aktorların müzakirələri ilə əlaqələndirə bilir.

Azərbaycanın Qoşulmama Hərəkatında fəal iştirakı da ayrıca əhəmiyyət daşıyır. Azərbaycan üçün bu platforma dekolonizasiya və suverenlik prinsiplərinin siyasi tarixinin davam etdiyi bir institusional məkandır. Hərəkatın tarixi Bandunq prinsipləri, suveren bərabərlik, daxili işlərə qarışmamaq və xalqların öz müqəddəratını təyinetməsi kimi ideyalar üzərində formalaşmışdır. Azərbaycanın bu platformadakı fəaliyyəti ona dekolonizasiya məsələsini daha geniş “Qlobal Cənub” siyasi diskursu daxilində təqdim etmək imkanı verir.

Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycanın dekolonizasiya diskursu müstəmləkəçilik tarixi kateqoriyalarının müasir siyasi reallıqlara tətbiqini nəzərdə tutur. Əgər əvvəllər Qarabağ məsələsi əsasən ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, təhlükəsizlik və münaqişənin həlli anlayışları ilə izah edilirdisə, dekolonizasiya çərçivəsinin əlavə edilməsi müzakirəyə tarixi hakimiyyət münasibətləri və siyasi asimmetriya elementlərini də daxil edir.

***

Ermənistan dövlətinin ənənəvi arqumenti monoetnik dövlət quruluşunun zərurətinə söykənirdi. Lakin bu arqument məhz etnik təmizləmə ilə nəticələnən siyasətin əsaslandırmasına çevrildikdə, beynəlxalq hüququn Birinci Dünya müharibəsindən sonra formalaşdırdığı fundamental prinsipini — əhalinin homogenləşdirilməsini — pozur. Başqa sözlə: Ermənistanın “təhlükəsizlik” arqumenti faktiki olaraq özünü inkar edir. Əgər monoetnik məkan zərurətdirsə, demokratik dövlət modeli ilə uyğunsuzluq ortaya çıxır. Əgər monoetnik məkan zərurət deyilsə, tarixi ərazilərə qayıdışa maneə yoxdur. Bu dilemma Ermənistan diplomatiyasını hər iki tərəfdən sıxır  və konfrans məhz bu dilemmanı beynəlxalq tribunalara təqdim etdi.

***

Konfrans iştirakçıları “indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə” etiraz əlaməti olaraq aksiya keçirdilər. 

Qeyd edək ki, beynəlxalq hüquq mədəni irsin qorunması sahəsində çoxdan yetkinləşib: 1907-ci il Haaqa Nizamnaməsinin IV Qaydası mədəni sərvətlərin və dini ziyarətgahların dağıdılmasını qadağan edirdi; keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal mədəni irsin qəsdən hədəflənməsini etnik təmizləmə metodu kimi qiymətləndirdi; BMT Təhlükəsizlik Şurasının 2347 (2017) saylı Qətnaməsi mədəni irsin qanunsuz dağıdılmasını pislədi. UNESCO-nun 2017-ci il Strategiyası müasir hücumların səciyyəvi xüsusiyyətini “insanların və qrupların mədəni, etnik və ya dini mənsubiyyətinə görə qəsdən hədəflənməsi” kimi təsvir edir. 

Azərbaycanın siyasi mövqeyi üçün bunun əhəmiyyəti böyükdür. Çünki mədəni irsin məhv edilməsi cinayət tərkibi daşıyırsa, o zaman qayıdış tələbi də cinayətin nəticələrinin ləğvi tələbi kimi çıxış edir. Bu isə beynəlxalq hüquqda tamam fərqli siyasi çəki daşıyır. Toponimlər də  bu işdə xüsusi rol oynayır. Tarixi yer adlarının dəyişdirilməsi ərazi üzərində simvolik nəzarətin layihələndirilməsidir. Bir ad silinirsə, həmin adın daşıdığı icmanın tarixi iddiası da hədəfə alınır. Bu səbəbdən toponimik dəyişikliklərin sənədləşdirilməsi Azərbaycan üçün strateji zərurətdir.

***

Konfransın “Məcburi köçkünlükdən doğma yurda — kimlik, tarixi yaddaş və qayıdış hüququ” paneli hüquqi baxımdan ən ciddi müstəvini açır. Dördüncü Cenevrə Konvensiyasının 49 və 147-ci maddələrinə əsasən işğal olunmuş ərazidən mülki şəxslərin məcburi yerdəyişməsi ağır pozuntu, yəni hərbi cinayətdir. Beynəlxalq cinayət mühakiməsi praktikasında bu sahədə üç mərhələli təkamül baş verdi: Nürnberq tribunalı dövründə deportasiya əsasən hərbi cinayət kimi, ad hoc tribunallar dövründə insanlıq əleyhinə cinayət kimi kvalifikasiya edildi və sərhədlərarası deportasiya ilə dövlət daxilində məcburi yerdəyişmə arasında fundamental fərq müəyyənləşdi; Roma Statutu isə hər iki termini “deportasiya və ya əhalinin məcburi köçürülməsi” vahid formulunda birləşdirdi. 

Konfransın yekununda BMT-nin Xüsusi Məruzəçilərinə ünvanlanan birgə müraciət və xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət məhz bu istiqaməti gücləndirmək məqsədi daşıyır. 

Konfransın yekun sənədlərində Dayton Sazişinin 7-ci Əlavəsinə presedent kimi istinad edilməsi ən praqmatik seçimdir. Həmin Əlavənin ilk maddəsi birmənalıdır: bütün qaçqınlar və məcburi köçkünlər öz mənşə yurdlarına sərbəst qayıtmaq, hərbi əməliyyatlar zamanı məhrum edildikləri əmlakın qaytarılması və geri qaytarıla bilməyən əmlaka görə kompensasiya hüququna malikdirlər.

Amma ən qiymətli dərs təcrübədədir. Daytonun ilk illərində 7-ci Əlavənin icrasına müqavimət göstərildi, proses maneələrlə üzləşdi. Sonradan sistem işlədi, çünki diqqət etnik mənsubiyyətlə bağlı “qayıdış”dan fərdi mülkiyyət hüquqlarına və hüququn aliliyinə keçirildi.  Bu təcrübədən Azərbaycan üçün çıxan siyasi nəticə belədir: qayıdış hüququnun təminatı beynəlxalq nəzarət + fərdi hüquqi prosedur + davamlı siyasi təzyiq üçbucağı olmadan işləmir. Konfransda müzakirə olunan “zəmanət mexanizmləri”, “hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşma” və “beynəlxalq monitorinq” tələbləri məhz bu təcrübəyə söykənir.

Beləliklə, Bakı Təşəbbüs Qrupunun konfransı məsələni taktiki siyasi mübahisə çərçivəsindən çıxararaq daha geniş beynəlxalq normativ gündəmə daşıdı və Azərbaycanın diplomatik mövqeyinin legitimlik imkanlarını genişləndirdi.

Şəbnəm Zeynalova

Xalq qəzetinin siyasi analitiki

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri