Qazaxıstan XİN neft tankerlərinə dron hücumlarına görə Qərb səfirləri ilə təcili görüşlər keçirib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rəsmi Astana Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun terminalı vasitəsilə Qazaxıstan nefti ilə yüklənməli olan tankerlərə dron hücumları ilə bağlı ciddi narahatlığını bildirib.
APA “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik bu məsələ ilə əlaqədar bir sıra Avropa ölkələrinin səfirləri, ABŞ tərəfi və digər xarici tərəfdaşlarla təcili görüşlər keçirib.
Görüşlərdə neftin daşınmasının təhlükəsizliyinin təmin edilməsi üçün effektiv və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Qazaxıstan XİN qeyd edib ki, insidentlərin sayının artması beynəlxalq enerji infrastrukturunun fəaliyyətinə yönəlik risklərin yüksəldiyini göstərir və bu, qlobal enerji təhlükəsizliyi üçün ciddi təhlükə yaradır.
Qara Dənizdə Xəzər Boru Xətti Konsorsiumu yaxınlığında iki neft tankerinə dronla hücum edilib. “KazMunayQaz” Qara dənizdə kamikadze dronları tərəfindən hücuma məruz qalan neft tankerlərinin özünə məxsus olduğunu təsdiqləyib. Bildirilib ki, “Matilda” tankerinə edilən hücum nəticəsində yanğın baş vermədən partlayış qeydə alınıb. Ekipaj üzvləri arasında xəsarət alan yoxdur. Neft tankeri üzmə qabiliyyətini saxlayır, ciddi zədələnmə qeydə alınmayıb.
Baxış sayı:35
Bu xəbər 14 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















