Icma.az
close
up
RU
Qazprom rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi ŞOK TƏFƏRRÜATLAR

Qazprom rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi ŞOK TƏFƏRRÜATLAR

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

"Qazprom"un Azərbaycan nümayəndəliyinin keçmiş rəhbərinin evindən oğurluq etməkdə təqsirləndirilən Əkbər Bəşirlinin cinayət işinin bəzi detalları məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, Əkbər Bəşirli 2022-ci il noyabrın əvvələrində Akif Həsənova məxsus fərdi yaşayış evinə açıq olan giriş qapısından qanunsuz daxil olaraq, ikinci mərtbədə yataq otağındakı dolabdan dəyəri 17 min avro olan (o zamankı məzənnə ilə 32 min 300 manat) "Brege" markalı qızıldan hazırlanmış kişi qol saatını və 18 min avro dəyərində (o zamanın məzənəsi ilə 34 min 200 manat) olan "Audemer Pegue" markalı qızıldan hazırlanmış kişi qol saatını gizli yolla talayıb. 

Beləliklə, o, Akif Həsənova ümumilikdə 66 min 500 manat məbləğində ziyan vurub. 

Bundan başqa, Əkbər Bəşirli 2024-cü ilin yanvar ayının sonlarında Akif Həsənova məxsus bağ evinin birinci mərtəbəsindəki yataq otağında yerləşən dolabdan bir ədəd dəyəri həmin vaxtın məzzənəsi ilə 91 min 200 manat olan 48 min avroluq "Audemer Pegue" markalı qızıldan hazırlanmış qol saatını da gizli yolla talayıb. 

Əkbər Bəşirli həmçinin, həmin ilin martında Akif Həsənovun bağ evinin ikinci mərtəbəsindəki yataq otağında yerləşın dolabın içərisindən bir ədəd 2 min 280 manat olan dəyərində olan "Audemer Pegue" markalı kişi qol saatını, bir ədəd 17 min avro dəyərində "Mazeratti (Bulgary)" markalı kişi qol saatını, həmin dolabda olan 200 manat dəyərində dəmir seyfi, həmin seyfin içərisindəki 6000 avro dəyərində olan "Poljot" markalı kşi qol saatı, bir ədəd 600 avro dəyərində "Orinet" markalı kişi qol saatını oğurlayıb. 

Eyni zamanda, təqsirləndirilən şəxs, 1 ədəd 3 min 234 manat dəyərində çəkisi 29,40 qram olmaqla 750 ǝyarlı qızıla uyğun olan sarı-gümüşü rəngli metaldan üzərində "750" ǝyar damğası həkk olunmuş boyunbağı, 1 ədəd sarı 25 min 790 manat dəyərində çəkisi 23,45 qram olmaqla 750 ayarlı qızıla uyğun rəngli metal kürələrdən ibarət-üzərində "750" ǝyar damğası həkk olunmuş qolbaq, 1 ədəd 607 manat dəyərində çəkisi 5,52 qram olmaqla 750 ǝyarlı qızıla uyğun üzərində kürə formalı elementi olan-üzərində "750" ǝyar damğası həkk olunmuş sırğa cütü, 1 ədəd 1005 manat dəyərində çəkisi 9,14 qram olmaqla 750 ǝyarlı qızıla uyğun sarı rəngli metaldan -üzərində "750" ǝyar damğası həkk olunmuş üzük və s qızıl əşyaları, həmin tarixə məzənnəsi 9 min 350 manat olan 5 min 500 ABŞ dolları, 470 türk lirəsi, 950 rus rubulu, 75 arab dirhəmi, 15 manat gizli yolla talayıb. 

O, zərərçəkmiş Akif Həsənova ümumilikdə 66 min 447 manat 73 manat dəyərində, yəni külli miqdarda ziyan vurmaqla təkrarən oğurluq edib.

Bundan başqa, Əkbər Bəşirli dəmir seyfdə saxlanılan Akif Həsənova məxsus bağ evinin çıxarışını və hərbi biletini yandırıb. Həmçinin həyətdən gətirdiyi neftlə evin birinci mərtəbəsində yerləşən yaşayış otağının daxilinə töküb alışqan ilə yandırmaqla zərərçəkmiş şəxs Akif Həsənova ümumilikdə 450 min 000 manat ziyan vurub. 

Əkbər Bəşirliyə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə), 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə ittiham irəli sürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://lent.az
archiveBu xəbər 23 Yanvar 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see172

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see166

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see145

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see133

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri