Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Qəbul qəfil dayandırıldı: Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir AÇIQLAMA

Qəbul qəfil dayandırıldı: Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Elm və Təhsil Nazirliyinin lisey və gimnaziyalara IV siniflər üzrə qəbul imtahanlarını qəfil və əsaslandırılmamış şəkildə dayandırması – özü də heç bir ictimai izahat, keçid dövrü, və ya əvvəlcədən xəbərdarlıq olmadan – təhsildə idarəçilik baxımından həm prinsipial, həm də etik cəhətdən qəbuledilməzdir. Bu qərar təkcə bir texniki dəyişiklik deyil, minlərlə ailənin həyat planlarını pozan, uşaqların psixoloji durumuna mənfi təsir göstərən və dövlət-vətəndaş münasibətlərində etimadı zədələyən ciddi bir zərbədir".
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 
O bildirib ki, valideynlər övladlarını liseylərə qəbul üçün illərlə hazırlaşdırıblar:
"Bu hazırlıq prosesinə kurs xərcləri, repetitorlar, sınaq imtahanları, psixoloji dəstək, hətta ailəvi planlamalar (tətil, iş saatı, yaşayış yeri) daxildir. Mərkəzləşdirilmiş qəbul sisteminin etibarlılığına güvənərək minlərlə ailə övladını IV sinifdən liseyə yönləndirmək məqsədilə böyük maddi və mənəvi yük altına girib. İndi isə bir məmur iradəsi ilə bu imkanın tamamilə ləğvi, özü də ictimai müzakirə olmadan, həmin ailələrin səylərini və övladların ümidlərini heçə endirir.
Uşaqlara necə izah edək ki, dövlətin özü “oyunun qaydalarını” dəyişdi, özü də oyunun ortasında? Valideynlərdən biri deyir: “Uşağıma deməyə söz tapmıram. Mən ona neçə aydır deyirəm ki, sən imtahana hazırsan, sən liseyə keçəcəksən. İndi deyim ki, imtahan yoxdur? Uşaq nə etsin, ağlasınmı, küsəmi?”
Əgər bu qərar pedaqoji və strateji əsaslarla verilibsə, niyə ictimai əsaslandırma təqdim olunmur?Niyə Elm və Təhsil Nazirliyi hansı meyarlarla bu qərarı verdiyini açıqlamır? Axı bu, təkcə texniki prosedur deyil, minlərlə uşağın gələcək təhsil trayektoriyasını müəyyən edən kritik bir mexanizmdir. Qərar 2025-2026-cı tədris ilinə aiddirsə, o zaman bu dəyişiklik niyə 1 il əvvəl elan edilmədi? Necə olur ki, ötən il IV, V, VI, VII siniflər qəbul imtahanı verə bildi, bu il isə qəfildən yalnız VI sinif?"
Ekspert qeyd edib ki, bu yanaşma, idarəetmədə şəffaflıq və ardıcıllıq prinsipinin kobud şəkildə pozulmasıdır:
"Qanunvericiliyə görə, hər hansı mərkəzləşdirilmiş qəbul qaydasında dəyişiklik əvvəlcədən ictimaiyyətə təqdim edilməli, bu barədə normativ sənəd hüquqi qüvvəyə minməli, və ən azı bir tədris ili əvvəlindən xəbərdarlıq edilməlidir. Əks halda bu, inzibati özbaşınalıq və ailələrin planlaşdırma hüquqlarının pozulmasıdır. Təhsil Haqqında Qanunun 5-ci maddəsində qeyd olunur ki, təhsil prosesi şəffaf və proqnozlaşdırıla bilən şəkildə təşkil edilməlidir. Bu qərar isə nə şəffafdır, nə də proqnozlaşdırıla bilən.
Daha ağrılı olan odur ki, bu qərar təhsildə sosial ədalət prinsipini də pozur. Övladını repetitorla liseyə hazırlayan ailə bu sistem dəyişikliyindən maddi və mənəvi zərər görür. Lakin bu zərərin qarşısında nə bir rəsmi üzrxahlıq var, nə də alternativ təklif. Nəticə etibarilə, bu addım vətəndaşla dövlət arasındakı sosial müqavilənin bir forması olan “təhsildə etimad” prinsipini məhv edir.
Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir: niyə bu dəyişiklik əvvəlcədən elan edilməyib, hansı əsaslarla sinif səviyyələri üzrə qəbul dayandırılıb, zərər görən minlərlə ailəyə hansı kompensasiya və ya alternativ təklif olunur?
Əgər təhsildə etimad və planlı inkişaf istəyiriksə, belə qərarlar ictimai dialoqla, keçid müddəti ilə və hüquqi əsaslarla həyata keçirilməlidir. Hazırda isə sadəcə bir xaos yaşanır və bu xaosun müəllifi təəssüf ki, dövlətin öz təhsil orqanıdır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 May 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri