Icma.az
close
up
RU
Qədim diyarın tarixi Gürcüstan mənbələrində

Qədim diyarın tarixi Gürcüstan mənbələrində

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlər sırasında Naxçıvanla bağlı xarici ölkələrin arxivlərində aşkar edilmiş materialların öyrənilməsi və qədim diyara gətirilməsi barədə hesabat da yer alıb. 

Elmi önəm daşıyan həmin sənədlərdən istifadənin əlçatanlığını təmin etmək məqsədilə son illərdə Türkiyə, Rusiya və Gürcüstan arxivlərinə elmi ezamiyyələrin təşkil olunduğunu bildirən bölmə sədri akademik İsmayıl Hacıyev qeyd edib ki, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və Ən yeni tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev may–iyun aylarında Gürcüstanda elmi axtarışda olub.

Sonra Musa Quliyev elmi ezamiyyə zamanı Gürcüstanın Dövlət Arxivində, Milli Əlyazmalar Mərkəzində, Simon Canaşia Muzeyində, gürcü şairi Nikoloz Barataşvilinin ev-muzeyində apardığı axtarışlar, əldə etdiyi materiallar barədə ətraflı məlumat verib.

Alim bildirib ki, Naxçıvan tarixi, etnoqrafiyası, mədəniyyəti ilə bağlı 1000-ə yaxın sənəd və əlyazmanı aşkar edərək ölkəmizə gətirib. Bəhram Naxçıvanskinin Qafqaz Canişinliyində işləməsi, İ.Şopenin Naxçıvan haqqında 70 səhifəlik kameral siyahısı, Hüseyn xan Naxçıvanskinin Qafqaz Canişinliyinin dəftərxana rəisinə yazdığı məktub, Ehsan xanın naib təyin olunması ilə bağlı 44 səhifəlik xidmət kitabçası, İ.Paskeviçin Naxçıvan haqqında məktubları, rus qafqazşünası K.Smirnovun rus dilinə çevirdiyi tarixçi Cəmil Quzanlının farsca yazılmış əsəri, Məhəmməd ağa Şaxtaxtinski, general-mayor Kalbalı xan Naxçıvanski barədə sənədlər və digər materiallar Naxçıvan tarixinin öyrənilməsi üçün önəmli mənbələrdir. 

İclasda bölmənin elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırov 2025-ci ilin birinci yarısı üzrə elmi və təşkilati fəaliyyətə dair yarımillik hesabatın hazırlıq vəziyyəti barədə Rəyasət Heyətini məlumatlandırıb. 

S.HƏSƏNOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see647

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see277

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see265

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see251

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see233

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see233

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see223

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see214

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see205

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see197

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see193

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see193

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see187

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see186

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see183

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see182

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see178

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see176

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see170

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri