Qədim əcdadlarımızın qəribə qohumluq əlaqələri: Sirlər açılır
News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Keniyada tapılan ayaq izləri sübut edir ki, iki fərqli qədim insan növü 1.5 milyon il əvvəl eyni vaxtda eyni bölgədə yaşayıb.
Teleqraf.com xəbər verir ki, tədqiqatçılar ayaq izlərinin Homo erektus və Parantrop boysey (Homo erectus və Paranthropus boisei) növlərinə aid olduğunu açıqlayıblar.
Elm adamları deyirlər ki, bu iki növün yollarının kəsişməsi o dövrdə baş verənlərlə bağlı yeni sirləri açır.
Nəticələri “Science” jurnalında dərc edilən araşdırmaya görə, ayaq izləri Keniyanın şimalında, gölün yaxınlığında, qurumuş bataqlıq üzərində tapılıb.
İzlərin formasını tədqiq edən alimlər bu iki izin bir-birindən fərqli olduğunu aşkar ediblər. Onların fikrincə, ən yaxşı izahat izlərə iki müxtəlif növ kimi baxılmasıdır.
Tədqiqat antropoloq və paleontoloqların insanın qədim qohumlarının qarşılıqlı əlaqədə olduqları və birgə yaşadıqlarını anlamağa kömək edir. Daha geniş mənada, bu, növlər arasında hansı əlaqələrin olduğuna dair suallar doğurur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















