Icma.az
close
up
RU
Qədim şəhərlə “Ağıllı şəhər”in görüş ü

Qədim şəhərlə “Ağıllı şəhər”in görüş ü

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 13-cü Ümumdünya Şəhərsalma Forumu (World Urban Forum) öz işinə başladı. Heç şübhəsiz bu forum ölkəmiz üçün həm beynəlxalq nüfuz, həm də şəhərsalma sahəsində yeni əməkdaşlıq imkanları baxımından böyük əhəmiyyət daşıyır.

Bakı növbəti dəfə dünyanın diqqət mərkəzinə çevrilərək müasir infrastrukturu və inkişaf potensialını nümayiş etdirir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini, müasir infrastruktur və eko-tikinti yanaşmalarını, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” layihələrini də beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl fürsət qazanmışıq. Forum dayanıqlı inkişaf, yaşıl urbanizasiya və müasir şəhərsalma sahəsində yeni təcrübələrin paylaşılması baxımından da mühüm platformadır. WUF13-ün ölkəmizdə turzim, investisiya və əməkdaşlıq imkanları baxımından da boyük əhəmiyyəti var. Forumun Azərbaycanda keçirilməsi ölkənin qlobal tədbirlərə uğurla ev sahibliyi etdiyini bir daha göstərir.

Azərbaycan ərazisi qədim dövrlərdən şəhərsalma ənənələri ilə seçilib. Tarixi şəhərlər əsasən ticarət yolları, su mənbələri və müdafiə imkanları nəzərə alınaraq salınırdı. Şamaxı, Gəncə, Şəki, Şuşa, Lənkəran, Naxçıvan və Bakı kimi şəhərlər əsrlərlə regionun iqtisadi və mədəni mərkəzləri olub. Orta əsr Azərbaycan şəhərlərində məhəllə sistemi, bazarlar, karvansaralar və ictimai meydanlar xüsusi plan üzrə qurulurdu. Şəhərlərin inkişafında təhlükəsizlik, su təminatı və insanların rahat yaşayışı əsas prinsiplərdən sayılırdı. Memarlıqda yerli iqlimə uyğunluq və təbii materiallardan istifadə mühüm yer tuturdu. Qədim şəhərlərimizdə yaşayış məkanları ilə ticarət və sənətkarlıq zonaları arasında balans qorunurdu. Şəhərsalmada sosial birlik və ictimai həyatın təşkili də vacib amillər hesab edilirdi.

Azərbaycan şəhərləri yalnız yaşayış məkanı deyil, həm də elm, mədəniyyət və sənət mərkəzi kimi formalaşmışdı. Bu zəngin şəhərsalma ənənələri sonrakı dövrlərdə Azərbaycan mütəfəkkirlərinin əsərlərində də öz əksini tapıb. Məsələn, dahi mütəfəkkirimiz Nəsrəddin Tusinin ictimai və ideal cəmiyyət haqqında fikirləri hazırda da çox maraqlı və aktualdır.
Hələ əsrlər əvvəl böyük N.Tusi “Əxlaqi-Nasir” əsərində yazırdı ki, şəhərlər yalnız daş və binalardan ibarət deyil — şəhərin ruhunu ədalət, elm, harmoniya və insanlar arasında qarşılıqlı hörmət formalaşdırır.

Əxlaqi-Nasiri birbaşa şəhərsalma kitabı olmasa da, Nəsrəddin Tusi burada ideal cəmiyyət, dövlət idarəçiliyi və insanların birgə yaşayışı barədə fikirlər irəli sürərək şəhərsalma ilə bağlı mühüm prinsiplərə toxunur. Əsərdə əks olunan əsas şəhərsalma dəyərləri bunlardır:

1. İctimai harmoniya və nizam
Tusi hesab edirdi ki, şəhər insanların qarşılıqlı əməkdaşlığı üzərində qurulmalıdır. Şəhərin əsas məqsədi insanların təhlükəsiz, ədalətli və ahəngdar yaşamını təmin etməkdir.

2. Ədalətli idarəetmə
Şəhərin və dövlətin inkişafı üçün ədalətli rəhbərlik əsas şərt sayılır. Onun fikrincə, ədalət olmayan yerdə nə şəhər inkişaf edə bilər, nə də cəmiyyət sabit qala bilər.

3. İnsan mərkəzli yanaşma
Tusi şəhəri yalnız binalar toplusu kimi yox, insanların mənəvi və sosial inkişaf etdiyi məkan kimi görürdü. Bu baxımdan müasir “human-centered urbanism” anlayışına yaxın fikirlər mövcuddur.

4. İctimai məsuliyyət və qarşılıqlı yardım
Əsərdə insanlar arasında əmək bölgüsü və qarşılıqlı asılılıq vacib sayılır. Bu isə şəhərlərdə sosial inteqrasiya və ictimai həmrəyliyin önəmini göstərir.

5. Elm və təhsilin şəhərin inkişafındakı rolu
Tusi elmi inkişafın və maarifçiliyin cəmiyyətin tərəqqisinin əsas şərti olduğunu vurğulayırdı. Orta əsr islam şəhərlərində kitabxana, mədrəsə və elmi mərkəzlərin önəmi bu düşüncə ilə səsləşir.

6. Mənəvi dəyərlərə əsaslanan yaşayış
Şəhər yalnız iqtisadi mərkəz deyil, həm də əxlaqi kamilləşmə məkanı olmalıdır. İnsanların davranışı şəhərin keyfiyyətini müəyyən edən əsas amillərdən biri sayılırdı.

Bu ideyalar müəyyən mənada Platonun “ideal dövlət” anlayışı və Aristotelin insanın təhlükəsizliyi ilə yanaşı mənəvi inkişafını da təmin etmək üçün polis modeli ilə də səsləşir.

Beləliklə, bu böyük beynəlxalq forumun da əsas məqsədi məhz daha dayanıqlı, daha yaşana bilən və insan mərkəzli şəhərlərin qurulmasıdır.
Qoy Bakıdan başlayan bu müzakirələr dünyada daha sağlam, təhlükəsiz və ədalətli şəhərlərin yaranmasına töhfə versin. Azərbaycanımıza, Sumqayıt, Xırdalan və Bakı kimi şəhərlərimizin inkişafında uğurlar arzulayırıq.

Elnur Ağayev

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://azpost.info
archiveBu xəbər 18 May 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri