Qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədidir
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “27 Sentyabr – Anım Günü” münasibətilə Köçvəlili kənd qəbirstanlığında şəhidlərimizin əziz xatirələri yad olunub.
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərimizin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.
Tədbir çərçivəsində şəhidlərimizin ailə üzvləri ilə də söhbət aparılıb, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib.
Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 24 Sentyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















