Icma.az
close
up
RU
Статья не опубликована
Qələbələrimizin əsasında həmrəyliyimiz dayanır

Qələbələrimizin əsasında həmrəyliyimiz dayanır

Aznews.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həmrəylik günü Sovet imperiyası süqut etdikdən sonra uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının birləşmək istəyinin simvoludur. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən, dünya azərbaycanlılarının birliyini, milli həmrəyliyini və vətən sevgisini təcəssüm etdirən əlamətdar bayramdır.

İlk dəfə 1991-ci ilin 16 dekabr tarixində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən iclasda 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu qərar qəbul edildikdən sonra Ali Məclis qanunvericilik aktının qəbul olunması üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu tarixdən başlayaraq bu günü bayram kimi qeyd edir.
Ümummilli Lider Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqımızın birləşməsinə və onun milli-ideoloji birliyinin formalaşmasına müvəffəq oldu. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

Milli birliyimizin ideoloqu Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın daha da həmrəy olması, təşkilatlanması üçün yeni bir mərhələnin əsasını qoyub. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Ulu Öndərin başladığı ənənəni davam etdirən, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirən Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. 2006, 2011 və 2016-cı illərdə Bakı şəhərində, 2022-ci ildə isə Şuşa şəhərində dünya azərbaycanlılarının növbəti qurultaylarının keçirilməsi dünya azərbaycanlılarının birliyini möhkəmləndirmək, milli kimliklərini qorumaq, diaspor fəaliyyətlərini gücləndirmək üçün mühüm rol oynadı.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə milli birlik günü deyil, həm də Azərbaycan diasporasının gücünü, xalqımızın mədəniyyətini və dəyərlərini qoruyub saxlamağı təbliğ edən bir simvoldur. Bu bayram diasporanın milli kimliyini qorumasına və Azərbaycanla əlaqələrini möhkəmləndirməsinə töhfə verir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünya azərbaycanlılarını birləşdirən mənəvi bir körpü rolunu oynayaraq, milli dəyərlər və tarixi bağlılıqların yaşadılmasında mühüm əhəmiyyət daşıyır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşməyimiz, həmrəylik göstərməyimiz Vətən Müharibəsindəki böyük qələbəmiz, ərazi bütövlüyümüzü bərpa etməyimiz və suverenliyimizi tam təmin etməyimizlə nəticələndi. Qələbələrimizin əsasında həmrəyliyimiz dayanır. Azərbaycan xalqı bir daha bütün dünyaya nümayiş etdirdi ki, xalqımız böyük və müdrik xalqdır. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq!

Vasif Qafarov
Milli Məclisin deputatı, tarix elmləri doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 30 Dekabr 2024 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see224

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see217

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see210

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see205

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see191

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see182

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see174

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see165

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see158

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see150

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see149

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see146

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see142

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see136

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see133

Emil qayınatası ilə qızının fotosunu yayımladı

18 Dekabr 2025 12:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri