Icma.az
close
up
RU
Qənirə Ataş “VMR Estetik"lə bağlı şok faktlar açıqladı YAZIŞMALARDA NƏLƏR VAR? +VİDEO

Qənirə Ataş “VMR Estetik"lə bağlı şok faktlar açıqladı YAZIŞMALARDA NƏLƏR VAR? +VİDEO

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Amerikada yaşayan jurnalist Qənirə Ataş “VMR Estetik Klinikası”nın keçmiş kosmetoloqu? "Gül Əliyeva" adı ilə tanınan Gülsüm Əliyeva ilə şəxsi yazışmalarını yayıb.

Bakupost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Oxuyun. Detalları öz gözlərinizlə görün və insanların necə saxtakarlığa əl atdığını şahid olun. 2024-cü ilin oktyabr ayının sonundan etibarən, xalqımızın sağlamlığı və təhlükəsizliyi naminə başladığım araşdırmalar zamanı müxtəlif sahələrdə ixtisası olmadan fəaliyyət göstərən “həkimlər” haqqında məlumatlar toplamağa başladım. Xüsusilə VMR Estetik Klinikası ilə bağlı saysız şikayətlər gəlirdi. Mən bu insanları tanımırdım, özləri mənimlə instagram üzərindən əlaqə saxladılar. Hələ onların bu qədər qanunsuz fəaliyyətlərini bilmirdim. Düşünürdüm lisenziyalı klinikadır. Lakin deyilmiş. Onlara tövsiyə etdim ki, əhaliyə qarşı təhqiramiz ifadələr işlətməkdən çəkinsinlər. O zaman özlərini təmiz və dürüst insan kimi təqdim edirdilər. Ancaq hadisələrin inkişafı göstərdi ki, onların nə müqəddəs dəyərlərə, nə də insan ləyaqətinə hörməti var. Hələ araşdırmaların əvvəlində belə şikayətlər gəlirdi ki, VMR Klinikada tibbi təhsili olmayan Gülsüm Əliyeva insanlara cərrahi müdaxilə edir, fəsadla qarşılaşan insanlara isə cavab vermək əvəzinə təhqir edirdi.

Mənimlə əlaqə saxlayan Azərbaycanlı qadınlar — hansı ki, bu klinikada səhv müalicə alıb, daha sonra isə yenidən təhqir, təhdid və hədə ilə qarşılaşıblar — yaşadıqları ədalətsizliyi mənə ağlayaraq danışırdılar. Onlar təkcə səhv tibbi müdaxilənin deyil, həm də şəxsiyyətlərinin tapdanmasının ağrısını daşıyırdılar. Polisə çağrılıb orda əzilməkdən danışırdılar. Bu qadınlar artıq birləşib whatsap qrupu yaradıblar. Böyük ehtimalla bu həftə onların bir neçəsi ilə canlı yayım da olacaq."

Jurnalist bildirib ki, şəxsi yazışmalar zamanı Gülsüm Əliyevaya qadınlara qarşı təhqiramiz davranışa son verməyi tələb edib, lakin qarşı tərəf bu çağırışa məhəl qoymayıb:

"O dövrdə şəxsən ona dedim ki, ər dediyin adamdan qadın kimi bunu tələb et. Təəssüf ki, o, bu çağırışa məhəl qoymadı. İlk dəfədir ki, belə bir yazışmanı skrin edərək paylaşmaq məcburiyyətində qalıram. Ola bilsin ki, texniki səhvlərim olsun, amma əsas məsələ odur ki, faktlar buradadır. Oxuyun, görün. Mənəviyyatın, qanunun və insan sağlamlığının necə ayaq altına atıldığını öz gözlərinizlə görün".

Qeyd edək ki, bundan əvvəl Qənirə Ataş “VMR Klinikası”nın rəhbəri Vüsal Həsənovun bir neçə dəfə həbs həyatı yaşadığını bildirib. O, əlində bu faktları təsdiqləyəcək sənədlərin də olduğunu bildirib:


“Əldə etdiyimiz məlumata görə, Vüsal Həsənov Ermənistanda, Krasnoselsk rayonunda anadan olub, hazırda Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatdadır. Onun rəsmi lisenziya olmadan klinika fəaliyyəti göstərdiyi və qeyri-rəsmi münasibətdə olduğu Gülsüm Əliyevanın isə həkimlik təhsili olmadan insanlara cərrahi əməliyyatlar apardığı müəyyən edilib.

Məsələ burasında maraqlıdır ki, Həsənov Vüsalın cinayət keçmişi də kifayət qədər zəngindir. Rəsmi məhkəmə qərarlarına əsasən, o, müxtəlif illərdə bir neçə dəfə məhkum olunub:

13.05.2004-cü il – Bakı Suraxanı RPİ tərəfindən dələduzluq işi üzrə məhkumluq,

16.10.2004-cü il – Mingəçevir Məhkəməsinin qərarı ilə dələduzluq,

30.09.2005-ci il – Apellyasiya Məhkəməsinin qərarı ilə dələduzluq,

11.11.2007-ci il – Yasamal RPİ tərəfindən xuliqanlıq faktı üzrə məhkumluq.

Bu qədər açıq faktlardan sonra bu adam istəsə belə məni məhkəməyə versin! Qoy sübut etsin ki, barəsindəki bu rəsmi cinayət qeydləri uydurmadır! Hər şey sübutlarla, sənədlərlə ortadadır. Dələduzluqda məhkum olunan indi insanlara şəfa verməyə çalışır”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see342

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see331

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see223

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see199

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see194

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see192

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see182

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see175

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see168

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see161

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see137

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri