Icma.az
close
up
RU
“QƏRB ERMƏNİSTANDA BU ÜÇ FİQURA İZAH ETDİ Kİ...” Ermənilər getdi, Kreml regiondakı “dayaq nöqtəsi”ni itirdi

“QƏRB ERMƏNİSTANDA BU ÜÇ FİQURA İZAH ETDİ Kİ...” Ermənilər getdi, Kreml regiondakı “dayaq nöqtəsi”ni itirdi

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan və Ermənistan başçılarının Vaşinqtonda Donald Trampla birgə görüşü və imzaladıqları sənədlər Ermənistanda heç də hamı tərəfindən birmənalı qarşılanmır. Bunu hakimiyyətin ciddi uğuru və əksinə, Ermənistanın böyük uğursuzluğu kimi qələmə verənlər kifayət qədər çoxdur.

“Vaşinqton sammiti Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyətidir. İran üçün problemlər yaratdı və Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün növbəti addım oldu”.

Bunu Ermənistanda tanınan politoloqlordan olan Argişti Kiviryan yerli mətbuata açıqlamasında deyib.

Onun fikrincə, Paşinyan Vaşinqtonda imzalanan sənədlərdən qarşıdan gələn seçkilərdə istifadə etmək fikrindədir: "Paşinyan tez-tez Ermənistanın məğlubiyyətindən öz məqsədləri üçün istifadə etməyi bacarır. İndi də eyni şeyi edəcək".

O qeyd edib ki, Azərbaycan ABŞ-dən hərbi yardıma qoyulan məhdudiyyətlərin götürülməsinə və ATƏT-in Minsk qrupunun buraxılmasına nail olub.

Millətçi baxışları ilə tanınan erməni politoloqun fikrincə, Zəngəzur dəhlizilə bağlı imzalanan sənəd 2020-ci ilin noyabrında Rusiya ilə imzalanan üçtərəfli bəyannamədən az fərqlənir: "Ermənistandan keçən yolla bağlı ABŞ-də imzalanan sənəd məzmunca, maneəsiz keçid baxımından 2020-ci il noyabrın 9-da imzalanmış bəyanata bənzəyir. Yeganə fərq odur ki, əvvəlcə Rusiya nəzarəti həyata keçirməli idi, indiki halda isə bunu ABŞ edəcək. Eyni zamanda 9 noyabr bəyanatı həyata keçirilsəydi, “artsax” erməni (ərazisi) olaraq qalacaqdı… Ermənilər “artsax”dan gedən kimi Azərbaycan dərhal yol məsələsinə qayıtdı. Strateji məqsəd bu yolun rusların nəzarətində olmaması idi. Bunun üçün Paşinyan “artsax”ı qurban verməyə hazır olduğunu bildirdi”.

Onun sözlərinə görə, Ermənistan tərəfi üçün mənfi olan məqamlara baxmayaraq, 9 noyabr bəyanatı ermənilərdən ötrü müəyyən pariteti təmin edirdi. Çünki Rusiya regional kommunikasiyaların işə salınması ilə “Qarabağ məsələsini” dondurmağı təklif etmişdi.

Maraqlıdır ki, politoloq təkcə Paşinyanın deyil, Serj Sarqsyan və Levon Ter-Petrosyanın da ermənilərin Qarabağa qayıtmasını istəmədiyini deyib: "Paşinyan Serj Sarqsyan və Levon Ter-Petrosyanla birlikdə hesab edir ki, ermənilər heç bir formada geri qayıtmamalıdırlar. Hamısı ondan çıxış edirlər ki, bu məsələ Rusiya üçün dayaq nöqtəsi olub, ona görə də ermənilər “artsax”a qayıtsa, Rusiya Federasiyası regiona təsir alətləri alacaq. Onu bu alətdən məhrum etmək üçün “artsax”ı boşaltdılar və indi də ermənilərin ora qayıtmasını istisna edirlər. Qərb bu üç fiqura izah etdi ki, Rusiyanı bölgədə dayaq nöqtəsindən məhrum etmək üçün ermənilərin “artsax”a qayıtmasını istisna etmək lazımdır”.

Həmçinin erməni politoloqun fikrincə, 2020-ci il noyabr bəyanatı hələ də qüvvədədir, Ermənistan və Azərbaycan ondan imtina etsələr belə, Rusiyanın da bunu edib-etməyəcəyi sual altındadır: “Moskva artıq bəyan edib ki, məsələlər bu bəyanat çərçivəsində həll edilməlidir və bununla da onun nə vaxtsa yenidən canlana biləcəyini istisna etmir”.

Göründüyü kimi, Ermənistanda qatı millətçi, rusiyapərəst qüvvələr hələ də “bəlkə də qaytardılar” xülyası ilə yaşayır və qəbul etmək istəmir ki, Rusiyanın Cənubi Qafqazdakı qatarı artıq getmək üzrədir…

C.Məmmədli

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see183

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see166

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see150

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see135

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see135

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri