Icma.az
close
up
RU
Qərb Ukrayanya qoşun göndərir?

Qərb Ukrayanya qoşun göndərir?

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bir sıra Qərb ölkələri Ukraynaya qoşun göndərilməsi ilə bağlı müzakirələr aparır. Məlumatı Qərb mediası yayıb.

Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, göndərilməsi ehtimal olunan qoşunlar Ukraynada Rusiyaya qarşı döyüşmək üçün nəzərdə tutulmayıb:

"Sadəcə atəşkəs təmin olunub, konkret sülhlə bağlı razılıq əldə olunarsa,həmin qoşunun ayırıcı xəttə təmin olunması planlaşdırılıb. Bu məsələdə də Aİ ölkələri arasında fikir ayrılıqları var. Slovakiya və Macarıstan kimi ölkələr bunun əleyhinə çıxır. Fransa, İtaliya və digər aparıcı Avropa İttifaqı ölkələri fikir birliyi nümayiş etdirirlər. Ancaq bu məsələ barədə danışmaq hələ tezdir. Son Avropa Birliyi xarici işlər nazirlərinin toplantısında bu məsələ yenidən gündəmə gətirildi. Bunu gündəmə gətirən Fransa Prezidenti Emmanuel Makron olub. Avropanın xarici işlər üzrə nümayəndəsi, yəni Avropa diplomatiyasının rəhbəri Kaye Karlas vaxtından tez addım olacağını iddia edirdi. Düşünürəm ki, bu, doğru fikirdir. Çünki bu addım arx gəlməmiş çırmanmağa bənzəyərdi. Düşünürəm ki, bu addım Rusiyaya qarşı mesaj xarakteri daşıyırdı ki, hələ də Avropa Rusiyaya qarşı Ukrayanın yanındadırlar. Ola bilsin ki, Makronun niyyəti bu idi. Hər bir halda ortada atəşkəs, sülh analaşması olmadan bu barədə danışmaq, hansısa hazırlıq görmək indiki məqamda tezdir. Donald Tramp inaqurasiyadan sonra bu məsələylə məşğul olub konkret nəticə əldə edərsə,Avropa dövlətləri bu məsələni müzakirə edə bilər. Doğrudur ki, Avropa İttifaqında qərarların hər biri konsensusla verilir. Lakin bu məsələdə Slovakiya və Macarıstan istəməsə belə Avropa Birliyi ölkələri ayrı-ayrılıqda razılıq əldə edərək təhlükəsizlik qoşunlarını Ukraynya göndərə bilər. Sadəcə zamanı deyil".

N.Miri Rusiya-Ukrayna məsələsinin bir gündə dayanadırılacaq məsələ olmadığını vurğulayıb:

"Rusiya-Ukrayna müharibəsi olduqca mürəkkəb və müxtəlif geosiyasi maraqları özündə ehtiva edən münaqişədir. Bu münaqişə nəticə etibarilə dünyanın yenidən formalaşması prosesinə rəvac verə bilər. Burada kimin qazanıb-qazanmyacağı məsələsini də nəzərə alsaq, müharibənin bitməsi daha da mürəkkəbləşdirir. Ona görə müharibə bir müddət də davam edəcək. Trampın seçki kampaniyasında dedikləri isə sadəcə təbliğat-təşviqat zamanı söylənilmiş sözlərdir. Donald Tramp Yaxın Şərqdə fələstinliləri, Həması da hədələyir ki, yanvarın 20-nə qədər bütün girovlar qaytarılmayacağı təqdirdə guya onlara cəhənnəmi yaşadacaq. Ümumiyyətlə, bu fikir də absurddur. Çünki artıq 1 ildən artıqdır ki, fələstinlilər cəhənnəmi yaşayır. Üstəlik Qəzzada daş üstündə daş qalmayıb ki, bundan sonra atılacaq dağıdıcı raketlərlə yenidən cəhənnəmi yaşatsınlar. Dağılacaq bir şey qalmayıb. Ona görə də kimi kimlə və nə ilə qorxudurlar?".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see412

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see292

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see292

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see286

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see212

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see204

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see198

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see197

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see195

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see163

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see161

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see158

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see157

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri