Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Fərman Kərimzadə və Hafiz Baxış bizim şəhid ziyalılarımızdır

Qərbi Azərbaycan Xronikası: Fərman Kərimzadə və Hafiz Baxış bizim şəhid ziyalılarımızdır

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, yazıçı-publisist, jurnalist Tamxil Ziyəddinoğlu olub. O, Qərbi Azərbaycanın Qafan rayonundan söhbət açıb. Bildirib ki, Qafan Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon olub. Onun sözlərinə görə, tarixi mənbələrdə bu yaşayış məntəqəsində məskunlaşma eramızdan əvvəl VI əsrə aid edilir. Sovet hakimiyyəti illərində Zəngəzur qanunsuz olaraq Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub. Qafan rayonu Qubadlı, Qarakilsə, Gorus, Meğri, Ordubad və Zəngilan rayonları ilə həmsərhəddir.

Müsahib deyib ki, gözəl təbiəti, şəfalı havası, bulaqları, çayı ilə Qafan Qərbi Azərbaycanın dilbər guşələrindən biri olub. Bu rayonun Gığı dərəsi adlanan ərazisindəki 18 kənddə ancaq Azərbaycan türkləri yaşayıb. Həmin kəndlərdən biri Kuruddur. Bu yaşayış məntəqəsində də milli-mənəvi dəyərlər, o cümlədən Novruz adət-ənənələri insanlar tərəfindən qorunub, hər il yüksək səviyyədə qeyd edilib.

Ötən əsrdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiyasından, ayrı-seçkiliyindən danışan T.Ziyəddinoğlu diqqətə çatdırıb ki, Ermənistan dövləti şüurlu şəkildə soydaşlarımız yaşayan kəndlərdə bir sıra problemlər yaradıb, insanları basqı altında saxlayaraq ata-baba yurdunu tərk etməyə məcbur qoyub. Məktəblərdə erməni dili bilərəkdən tədris edilməyib ki, azərbaycanlılar rəsmi dövlət dilini bilməsinlər və gələcəkdə İrəvanda, həmçinin digər bölgələrdə iş tapa bilməsinlər. Yazıçı-publisistin dediyinə görə, ötən əsrin əvvəlində Andranik Ozanyanın quldur dəstəsi Oxçu camaatını kənd məscidinə doldurub diri-diri yandırıblar. Bütün bu faciələrə baxmayaraq, qaçqınlıqdan sonra Qafanın azərbaycanlı sakinlərinin 52 faizi yenidən ata-baba yurduna qayıdıb. Bunun qarşısını almaq üçün Anastas Mikoyanın tapşırığı ilə ermənilər soydaşlarımıza qarşı fiziki, mənəvi, psixoloji təzyiqləri daha da artırıblar.

1987-1991-ci il hadisələrinə toxunan T.Ziyəddinoğlu söyləyib ki, o dövrdə azərbaycanlı əhalinin mərkəzlə əlaqəsini kəsmək üçün ermənilər kənd yollarına rus tanklarını yerləşdiriblər. Öz ev-eşiyindən zorla qovulan azərbaycanlıların mal-mülkü əllərindən alınıb. Ermənilərin bu özbaşınalıqlarından mətbuatda yazmaq istəyəndə isə buna imkan verilməyib, "xalqlar dostluğuna" xələl gələr deyə, qarşısı müxtəlif bəhanələrlə alınıb. Müsahib vurğulayıb ki, o qanlı-qadalı illərdə baş verənlərə Fərman Kərimzadə və Hafiz Baxışın ürəyi dözməyib. Hər iki şəxs bizim şəhid ziyalılarımızdır.

Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü T.Ziyəddinoğlu sonda qeyd edib ki, Qarabağa qayıtdığımız kimi, Qafana da mütləq qayıdacağıq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Fərman Kərimzadə və Hafiz Baxış bizim şəhid ziyalılarımızdır"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 20 May 2025 01:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri