Qəsəbənin girişində yoxa çıxan yol
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən bir qrup sakin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin əsas giriş və çıxış yolunda uzun müddətdir təmir işlərinin aparılmadığını bildiriblər.
Sakinlərin sözlərinə görə, qazıntı işləri aparıldığı üçün hazırda yolun hərəkət hissələrindən biri və iki zolağı istifadədədir. Halbuki bu yol əvvəllər iki hərəkət hissəsindən və dörd zolaqdan ibarət olub.
Sözügedən yol şəhər mərkəzinə gedib-gələn əsas istiqamətlərdən biri olduğundan xüsusilə səhər və axşam saatlarında burada uzun tıxaclar yaranır. Bu isə qəsəbə sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaradır.
Vətəndaşlar problemin uzun müddətdir davam etdiyini və bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Sentyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















