Qəzzada müharibəyə son qoymaq planı açıqlandı Qətər və Misir birgə təklif irəli sürüb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Qətər və Misir vasitəçiləri Qəzzada müharibəyə son qoymaq üçün yeni təklif təqdim ediblər. KİV-in məlumatına görə, yeni təşəbbüs 5-7 il müddətinə atəşkəs, fələstinli əsirlərin müqabilində mücahidlər tərəfindən bütün israilli girovların azad edilməsi, müharibəyə rəsmi son qoyulması və İsrailin Qəzza zolağından tamamilə çıxarılmasını nəzərdə tutur.
Müharibə edən tərəflər hələlik vasitəçilərin təklifini şərh etməyiblər.
BBC-nin məlumatına görə, Qəzza zolağına nəzarət edən HƏMAS-ın nümayəndə heyəti məsləhətləşmələr üçün Qahirəyə gəlməyə hazırlaşır.
HƏMAS bir müddət əvvəl İsrailin altı həftəlik atəşkəs müqabilində mücahidlərin silahı buraxmasına çağıran təklifini rədd etmişdi.
Tərəflərin atəşkəslə bağlı son razılaşması bir neçə həftə əvvəl işğalçı İsrailin yenidən soyqrım siyasətinə qayıtması, hava hücumlarını bərpa etməsi ilə pozulub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son iki gündə işğalçı rejimin hava hücumları nəticəsində 22 fələstinli ölüb, 45 nəfər yaralanıb.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 22 Aprel 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















