Icma.az
close
up
RU
QH Parlament Şəbəkəsinin Daşkənd Bəyannaməsinin detalları...

QH Parlament Şəbəkəsinin Daşkənd Bəyannaməsinin detalları...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Milli Məclisinin və Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə “Bandunq ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin qorunmasında parlamentlərin rolu” mövzusunda Şəbəkənin IV konfransı keçirilib.

Globalinfo.az xəbər verir ki, konfransın yekununda, Azərbaycanın QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın prinsipləri, sülh və təhlükəsizlik, habelə dialoqun təşviqində rolunun yüksək qiymətləndirildiyi və özündə bir sıra vacib müddəaları əks etdirən Daşkənd Bəyannaməsi qəbul olunub.

Daşkənd Bəyannaməsində 11-22 noyabr 2024-cü il tarixlərində Azərbaycanın Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) “İqlim Birliyi üzrə Bakı paktı” və digər əsas, iqlim dəyişikliyi ilə mübarizəyə ciddi töhfə olan nəticələri alqışlanır.

Həmçinin, Bəyannamə müstəmləkə hakimiyyəti altında olan xalqların hüquqlarını dəstəkləmək öhdəliyini təsdiqləyərək, beynəlxalq ictimaiyyəti BMT qətnamələrinə uyğun olaraq müstəmləkəçiliyə son qoymağa çağırır və bu istiqamətdə “Bakı Təşəbbüs Qrupu”nun oynadığı rolu müsbət qiymətləndirir.

Əsas insan hüquqlarından biri kimi qayıdış hüququnun vacibliyini vurğulayan Bəyannamədə QH üzv dövlətlərindəki məcburi qaçqın düşmüş bütün icmaların, o cümlədən “Qərbi Azərbaycan İcması”nın qayıdışının təhlükəsiz, dinc və ləyaqətli şəkildə şəkildə həyata keçirilməsinə dəstək ifadə olunur.

20-21 noyabr 2023-cü il tarixlərində Azərbaycanın Bakı şəhərində keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” beynəlxalq konfransında təklif olunan QH-nin qadın platformasının yaradılması təşəbbüsünə dəstək ifadə olunub.

QH-ya üzv dövlətlərin gənclərinin Hərəkatın fəaliyyətində iştirakının genişləndirilməsinin vacibliyini vurğulayan Bəyannamədə, eyni zamanda QH Gənclər Təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib.

Bəyannamədə, həmçinin Milli Məclisin spikeri və QH Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovaya nümunəvi rəhbərliyinə və Şəbəkənin fəaliyyətinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkür ifadə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Aprel 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri