Icma.az
close
up
RU
QHT Agentliyinin missiyası böyüyür, inqilabi dəyişikliklər başlayır

QHT Agentliyinin missiyası böyüyür, inqilabi dəyişikliklər başlayır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclasında Agentliyin icra strukturları tam şəkildə müəyyənləşdirilib. Prezident İlham Əliyevin 29 dekabr 2025-ci il tarixli Fərmanından irəli gələrək, Agentlikdə kollegial İdarə Heyəti yaradılıb. Bu dəyişiklik QHT-lərə dövlət dəstəyinin idarə olunmasında daha balanslı, şəffaf və institusional yanaşmanın tətbiqini nəzərdə tutur. Müşahidə Şurasının qərarı ilə Aygün Əliyeva Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. Eyni zamanda, Elnur Bağırlı və Emin Çaparlı İdarə Heyəti sədrinin müavinləri seçiliblər. Yeni idarəetmə modeli Agentliyin fəaliyyətində kollegial qərarvermə, institusional məsuliyyət prinsiplərinin gücləndirilməsinə xidmət edir.
QHT Agentliyi son illərdəki fəaliyyəti və həyata keçirilən islahatlar QHT sektorunda keyfiyyətcə yeni mərhələnin formalaşmasına mühüm töhfə verib. Agentlik qısa müddətdə maliyyələşmə mexanizmlərini daha şəffaf, aydın və nəticəyönümlü modelə keçirib. Sektorda uzun illər mövcud olmuş pərakəndəlik, subyektiv yanaşmalar və qeyri-peşəkar təcrübələrin qarşısı alınıb. Xüsusilə rəqəmsal alətlərin genişləndirilməsi, plagiat və formal layihələrə qarşı prinsipial mövqe Agentliyin peşəkar və yeni çağırışlara uyğun yanaşmasını aydın şəkildə nümayiş etdirir.
Agentliyin fəaliyyəti təkcə qrantların bölüşdürülməsi ilə məhdudlaşmır, eyni zamanda QHT-lərin potensialının artırılması, beynəlxalq əməkdaşlığının genişləndirilməsi və ictimai problemlərin həllində tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinı də ehtiva edir.
QHT-lərə dövlət dəstəyinin “bir pəncərə” prinsipi əsasında təşkili və koordinasiyasının Agentliyə həvalə edilməsi böyük etimad və inqilabi dəyişikliklərə vəsilə olacaq addım kimi dəyərləndirilməlidir. Bu bir daha göstərdi ki, QHT Agentliyi dövlət–vətəndaş cəmiyyəti münasibətlərində etibarlı və yeni sistem yarada bilib, dövlət başçısının QHT sektorunun inkişafı siyasətini milli inkişaf hədəfləri, strategiyası ilə uzlaşdırılmasında kimi mühüm missiyanı uğurla həyata keçirir.
Hazırda Agentlik müasir, çevik və rəqəmsal çağa çevik uyğunlaşan təsisat kimi yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyur, missiya daha böyüyür. Mənə bu proseslərin bir çoxuna şahidlik etmək, iştirakçı olmaq nəsib olub, QHT sektoru kimi dinamik, çoxlaylı, çoxseqmentli, ambisiyalı, passinonar, cəmiyyətin ən müxətlif təbəqələrinin təmsilçilərinin fəal olduğu sektorda uğur qazanmaq, davamlı islahatlar etmək, daim tarazlılığı saxlamaq, bəzən mümkün görünməyən hallarda belə ortaq nöqtələr, kompromis tapmaq dəhşətli dərəcədə çətindir, şəxsi məsuliyyət, cavabdehlik hüdudu böyükdür. Amma QHT sektorunun inkişafı siyasətini həyata keçirən, bu fəaliyyətə məsul olan bütün təsisatlar sistemi, QHT Agentliyinin komandası bu çətin missiyanı uğurla həyata keçirməyi bacardı.
Aygün xanımı və komandasını bir daha yüksək etimad göstərildiyinə, uğurlara görə təbrik edirəm, yeni nailiyyətlər arzu edirəm. Missiya böyüyür, amma bu illər ərzində peşəkarlıq, səriştə də artıb, bacarıqlar da inkişaf edib, bir sözlə QHT Agentliyi, komandası də böyüyüb.
Zaur İbrahimli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 07 Yanvar 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri