Icma.az
close
up
RU
QHT lərə Dövlət Dəstəyi Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək

QHT lərə Dövlət Dəstəyi Agentliyi ilk dəfə özəl tərəfdaşla birgə qrant müsabiqələri elan edəcək

Icma.az bildirir, Apa.az portalına istinadən.

“QHT-lərə Dövlət Dəstəyi Agentliyi Nizamnamə məqsədlərindən irəli gələrək dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı və təşviqinə çalışır. Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi BP ilə əməkdaşlıq çərçivəsində birgə qrant müsabiqələri elan edəcək. Bu, özəl tərəfdaşla birgə elan etdiyimiz ilk qrant müsabiqələridir”.

Bu barədə APA-ya QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlama verib.

Ü.Qarayeva deyib ki, 4 spesifik mövzu istiqaməti olacaq. QHT-lərin layihə təklifləri üçün sentyabrın 22-dən oktyabrın 22-dək Agentliyin elektron xidmətlər portalında e-ərizə bölməsi aktiv olacaq. Qrant məbləğlərinin yuxarı həddi kiçik qrant üzrə 15 min, orta qrant üzrə 30 min, böyük qrant üzrə 50 min manatdır. QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Agentlik eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

Agentik təmsilçisi onu da deyib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Azərbaycan QHT-lərinin inkişafı, ölçüləbilən nəticələrlə onların fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi üçün dəstək tədbirlərini genişləndirməkdə davam edəcək. Yaxın günlərdə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu ilə əməkdaşlıq çərçivəsində Özbəkistanla birgə qrant müsabiqəsi də elan olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri